“Yoluxmanın 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər” – TN

“Avropa ölkələrində və digər ölkələrdə koronavirusun ikinci dalğasını müşahidə edirik”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təqkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, payız ayında yoluxmanın artması gözləniləndir: “Eyni zamanda başa düşməliyik ki, biz xüsusi şəraitdəyik, xüsusi ilə diqqətdə olmalıyıq. Təhsil Nazirliyi məktəblərdə yoluxma ilə bağlı ictimaiyyətə gündəlik məlumat verirdi. Əgər sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər hər gün 10-15 məktəb bağlama məcburiyyətində idi. Yoluxmanın səviyyəsinin 500-ü keçməsi gün ərzində bir neçə məktəbin bağlanmasına gətirib çıxara bilər”.

Alət çubuğuna keç