Yerevanda etirazçılar Soros Fondunun ofisini dağıtdılar

Ermənistanın paytaxtı Yerevanda etirazçılar Açıq Cəmiyyət Fondunun (Soros Fondu) ofisinə hücum ediblər.

Bu barədə  xarici kiv-lər məlumat yayıb. Bildirilib ki,  etirazçılar ofisin qapısını sındıraraq içəri daxil olublar və bütün əşyaları dağıdıblar.

Qeyd edək ki, bu xəbəri öz teleqram kanalında rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko şərh edib. “Niyə talan etdilər – Paşinyanı axtarırdılar? Yoxsa müharibədə səmərəsiz dəstəyə görə?”- o yazıb.

Onu da bildirək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanan birgə bəyanat İrəvanda etirazlara səbəb olub.

Alət çubuğuna keç