Yeganə Telmanqızı yazır – Hər birimiz Vətənin keşiyində duran əsgər kimi qürurluyıq!

Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Bu gün də torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Düşmən hər an nəzarətdə saxlanılır. Bu igidlərin baxışlarında Böyük Qələbənin işartısı görünür. Onların hər kəlməsində Vətən var, Qələbə var.
Azərbaycanlıların döyüş meydanlarındakı igidliyindən çox yazılıb və çox sözlər deyilib. Bundan sonra da yeni kitablar yaranacaq, filmlər çəkiləcək və həmin insanlar bütün dillərdəki ən gözəl sözlərə layiqdirlər. Azərbaycan döyüşçüləri döyüşlərdə şücayət göstərərək qəhrəmanlıq salnaməmizə yeni bir QƏLƏBƏ tarixi yazır. Bir gün və deyərdim bir necə saat ərzində artıq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Rüzgar kəndləri Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib işğaldan azad edildi. Budu Zəfər, budu Qələbə. İlk zəfər xəbəri 27 sentyabr Azərbaycan tarixinin daha bir şanlı səhifəsinə qızıl hərflərlə yazıldı.
Azərbaycan xalqı sizinlədir Ali Baş Komandan! Allah dövlətimizi və xalqımızı qorusun. Azərbaycan əsgəri zəfərlə irəli!
Yeganə Telmanqızı
Alət çubuğuna keç