Xudat şəhər bələdiyyə sədrini qərəzləşdirən tamahkar , paxıl qonşu

Redaksiyamıza ünvanlanan müraciəti nəzərə alaraq, ciddi karantin rejiminə əməl edərək Xaçmaz rayonunun Xudat şəhərinə ezam olunduq , 2- ci şöbə sakini Aslanov Rəhim Mafiz oğlu ilə görüşdük , məsələni aydınlaşdırmağa çalışdıq.
Zəhmətkeş , dinə imana bağlı, halallıqla yaşayan Rəhim Aslanov 1961- ci ildə Xudat rayonunun 2- çi şöbə deyilən bu məkanında dinə imana bağlı xeyirxah bir ailədə dünyaya göz açıb, böyüyüb boya başa çatıb. Rəhim Aslanov ailə qurduqdan sonra, Nəsimi adına sovxozda sahə briqadiri, ömür- gün yoldaşı isə fəhlə işləmişlər.
Rəhim Aslanovun ailəsi böyük olduğuna görə özünə ayrı ev – eşik qurmaq məqsədi ilə sovxoz direktoru işləmiş , diqqətcil insan Loğman Xələfova müraciət etmişdir. loğman müəllim nümunəvi işçilərinə bu ərazini göstərərək demişdir: ” Xudat şəhərinin çirkab suları bu kanal vasitəsi ilə bu yerdən axaraq dənizə tökülür. Bura qamışlıq, bataqlıq və yarasız yerdir. Yaxınlıqda isə vaxtilə sovxoz fəhlələri üçün taxtadan tikilmiş finski, iki mərtəbəli evlər ( domiklər) elektrik naqillərinin qısa qapanmasından yanaraq kül olmuşdu. Bu ərazini yararlı vəziyyətə gətirə bilərsənsə, icazə verirəm, Sənədləşdirək , get ev tikdir, təsərrüfat yarat ”
Rəhim Aslanov razılaşaraq həmin ərazidəki qamışlığı təmizləyərək hər gün uzaq yerlərdən 4-5 kamaz dolu torpaq gətizdirərək bataqlığı qurutmağa başlayır . Bu əraziyə bir neçə ay , hər gün kamaz dolu torpağ gətizdirən Rəhim Aslanov yararsız əraziləri təmizləyərək gərgin zəhmət bahasına olsa da səliqə – səhman yaratmış, ev tikdirmiş , həyətində mal- heyvan saxlamaq üçün, kərpicdən, palçıq və kubikdən tövlə tikmişdir.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5- saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Rəhim Aslanovun yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin tikintilərin mərtəbə üzrə planı təsdiqlənmiş , onun adına texniki pasport verilmişdir.
Rəhim Aslanov sənədləri bizə göstərərək demişdir :
” Tikdirdiym tövləyə və torpaq sahəsinə görə rüsumu vaxtlı – vaxtında ödəmişəm .Onu da qeyd edim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi idarəsinin nümayəndələri həmin yararsız torpaq sahəsini də ölçüb həyətyanı torpaq sahəmizə əlavə etmişlər. Çünki üfunət iyi verən bu yararsız ərazini çoxları təsəvvür edə bilməzdi ki, mən nə qədər əziyyət , xərc çəkərək bu hissəni yararlı vəziyyətə sala bilərəm.
1988- ci ildən rahat yaşamağa başladıq.Dövlət bu yeri bizə verəndə heç bələdiyyə idarəsi yox idi. 2005- ci ildə Quba rayonundan gəlmiş Elman Allahyarov adlı şəxs Xudat şəhər bələdiyyəsinə sədr təyin olundu.
Oğlum Aslanov Elçinlə birlikdə bələdiyyə sədrinə müraciət etdik ki, həmin bu yararsız sahəni yararlı vəziyyətinə saldığımız üçün bu sahəni də rəsmiləşdirməsini xahiş etmişdik. Atalardan bir misal var, sən saydığını say, gör bələdiyyə sədri nə sayır?
Təxminən 1988- ci ildə Özbəkistan respublikasının Fərqanə vilayətində baş vermiş məlum hadisələrdən sonra mexsesi türkləri Azərbaycana pənah gətirdilər. Culfayev Xalid adlı şəxs də 2- ci şöbədə məskunlaşdı və yerli sakinlə ailə qurduqdan sonra özünə ayrıca ev eşik qurmuş və həyət baca, bağ bağat sahibi olmuşdur. Culfayev Xalid özünün xüsusi evi, təsərrüfatı ola – ola 2005- çi ildə qapı bir qonşumuz Binəli Üzeyir oğlu Brataşvilinin həyətyanı 4 sot torpaq sahəsini , eləcə də digər qonşumuz Xəlilov Milyaz Bayram oğlunun da 4 sot torpaq sahəsini onlara demədən gizli sövdələşmə yoluyla Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarovun köməkliyi ilə saxta sənəd əsasında zəbt etməyə çalışmışdır.
Bunu bilən Binəli Üzeyir oğlu və Milyaz Bayram oğlu Xaçmaz rayon məhkəməsinə bu özbaşınalıq barədə şikayət etmişlər. Məhkəmədə bu iş diqqətlə araşdırılmış və torpaq sahiblərinin xeyirinə həll olunaraq ədalətli qərar çıxarılmışdır.
Bələddiyə sədri və Culfayev Xalid qərəzkarlıq edərək başqa metoda əl ataraq Binəli və Bayramı razılığa gərirərək onların hər ikisinə ayrı- ayrı yerlərdə 4 sot torpaq sahəsi verərək həmin yeri Culfayev Xalidin adına sənədləşdirmişdir.
Həmin əraziyə baxış keçirərkən məlum olmuşdur ki,Culfayev Xalidin zəbt etdiyi həmin ərazi 8 sot yox,15 sotdan da çoxdur.
Hətta kanalizasiya keçən kanalın o biri tərəfində 20 sotdan artıq torpaq sahəsinə də guya ki 2005- ci ildən bələdiyyədən saxta sənəd düzəltsirmiş bu hələ az imiş deyə , mənim uzun illər yaşadığım ərazidən də 9 sot əlavə torpaq zəbt etmək istəyir. Biz işdə olarkən Culfayev Xalid hətta orqan işçiləri olan tanışlarını icazəsiz olaraq həyətimizə gətirmiş ailəmizi hədələyərək bildirmişdir ki, bu sahə bizimdir.Hansı ki 1988- ci ildən qamışlıq, bataqlıq və yararsız,bir sahədə baxımsız vəziyyətdə üfunət iyi basmış əraziyə heç kəsin yaxınlaşmadığı bir dövrdə şəhərin çirkab sularının həyətimizdən axaraq dənizə töküldüyü bu yerdə alın tərimizlə, zəhmət çəkərək abadlaşdırdığım və Dövlət Reyestr Xidməti tərəfindən qanuni şəkildə qeydiyyatdan keçdiyim , 1988- ci ildən rahat yaşadığım halda həyətyanı sahəmin bir hissəsini Xudat şəhər bələdiyyəsinin sədri Allahyarov Allaha baxmadan işlədiyi 2005- ci il tarixinə Culfayevin adına növbəti saxta sənət düzəldərək bizim hüququmuzu bizə demədən pozmuş və ailələr arasında münaqişə ocağı yaratmağa zövq etmişdir.
Culfayev Xalidin oğlanları Ənvər və Sərvət qardaşları bizə bildirirlər ki, 2- 3 günə sənət də düzəltdirib bu yeri sizin əlinizdən alacağıq.Yoxsa biz verdiyimiz pul batarki.
Prezident də sizə kömək edə bilməz. Bizim arxamızda bələdiyyə sədrimiz Allahyarov durub.
Biz də məəttəl qalmışıq ki, əgər bu sənəd 2005- ci ildə duzəldilibsə , indiyə qədər nə bələdiyyə tərəfdən nə də Culfayev tərəfdən bizə heç kəs torpaq iddiası etməyib. Bəs onda 15 ildən sonra 2020 çi ildə bu qərəzkarlıq nə deməkdir?
Əziz oxucular ! Səs yazıları da südut edir ki, Culfayev rüşvət hesabına yerini genişləndirmək istəyir.
Bir vaxtlar bələdiyyələr yaradılarkən əhali sevinirdi ki, yəqin bələdiyyələr qardaş Türkiyədə olduğu kimi xalqa kömək edəcək, diqqət , qayğı göstərəcəklər. Sən demə bələdiyyələrin işi harda boş sahə varsa həmin torpaq sahələrini özəlləşdirib satmaqla məşğul olmaq imiş.
Ölkə Prezidenti İlham Əliyev cənabları bələdiyyələrin qərəzli , dələduz hərəkətlərini və nöqsanlarını dəfələrlə kəskin tənqid etmişdir. Son zamanlar məmur izbaşınaliqlarının qarşısını almaq məqsədilə ölkədə geniş islahatlar aparılır, xalqı incidən məmurlar, ərizələrə baxmayan icra başçıları, daha yüksək vəzifəli oliqarx məmur və nazirlər də kimliyindən asılı olmayaraq işdən azad olunaraq məsuliyyətə cəlb olunurlar.
Respublika Prokurorluğunun prinsipial fəaliyyəti bizi çox sevindirir.
Yeni təyin olunan icra hakimiyyəti başçıları daha məsuliyyətlə işləməli, xalqa kömək etməli , vətəndaşlara diqqət -qayğı göstərməlidirlər.
Xaçmaz rayonuna yeni təyin olunmuş icra başçısı ölkə prezidentinin tapşıriqlarını məsuliyyətlə , uğurla həyata keçirir və təzə təyin olunmuş başçıdan rayon əhalisi də razılıq edirlər.
Onu da qeyd edim ki Rəhim Aslanov pandemiya dövründə Xaçmaz və Xudat rayonunun rəhbərləri ilə görüşmək , dərdini anlatmaq istəsə də ciddi karantin rejimi olduğu üçün məlum səbəbdən qəbul olmadığı üçün rəhbərliyə məlumat verə bilməmişdir.
Biz inanırıq ki, Xaçmaz rayonun icra hakimiyyətinin başçısı və rayonun tabeliyində olan Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi bu məsələni aydınlaşdırıb bələdiyyəsinin sədri Elman Allahyarovun qərəzli əməllərindən halı olacaq və məmur özbaşınalıqlarının qarşısı alınacaq, tamahkar qonşunun hədəflərinə son qoyulacaqdır .
Onu da qeyd edim ki, nə bir oğlu , dörd körpə nəvəsi olan Rəhim Aslanov , nə də oğlu Elçin Aslanov ayrı-;ayrı təsərrüfat olsalar da belə, nə ünvanlı sosial yardım, nə uşaq pulu, nə də pensiya almırlar.
Qəzetimizin növbəti sayında yenidən bu mövzuya qayıdacağıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Rauf İLYASOĞLU

Alət çubuğuna keç