Xeyirxahlıq unudulmur

Hər bir məmur xalqının xidmətçisi olmalıdır

Ağdam şəhərində vaxtilə qonşu olduğumuz, bilikli və əlaçı şagird olduğu üçün məhəllə usaqlarının Lenin adlandırdığımız Yusif İlqrımoğlu ilə Bakıda görüşərkən məni bir müdrik insanla tanış etdi.
H. Z. Tağıyev qəsəbəsindəki parkda çay süfrəsi ətrafında söhbətimizi davam etdiririk.Mən isə qarşı tərəfin maraqlı söhbətlərini dinləyərək yaddaşıma köçürdürəm.
Əbulfət Yunis oğlu Məmmədov 1947- ci ilin may ayının10 da Yevlax rayonunun Dəlləklər kəndində anadan olmuşdur.
Bu kəndin sakinləri ta bineyi qədimdən vaxtilə Kəlbəcər və laçından gəliblər, Vəlibəylər nəslindən olublar.
Sover hakimiyyətinin ilk illərində Vəlibəyli adlandırılan kəndin adında bəy sözü olduğu üçün bolşevik təfəkkürlü insanlar o vaxtlar ad fikirləşərək kənddə birinci evin qapısını döyüblər. Dəllək olan ev yiyəsinin adına bu kəndi Dəlləklər adlandırıblar.
Əbulfət Yunis oğlu Məmmədov 1965- ci ildə qonşu Qaramanlı kənd orta məktəbini bitirdikdən sonra imtahan verərək Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuş və 1970- ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir.
Bir il Bakı Ekskavator zavodunda sex rəisi işlədikdən sonra, Yevlax Traktor Təmir zavodunda baş mühəndis, 1977- ci ildən 1983- cü ilə qədər zavodunn direktoru vəzifəsində ləyaqətlə çalışmışdır.
İşlədiyi müddət ərzində kollektivin dərin hörmətini qazanmış, xeyirxah işləri ilə böyük nüfuz sahibi olmuşdur.Yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq Əbülfət müəllim işi ilə əlaqədar daha yüksək vəzifələrə irəli çəkilmiş , beləki 1983- cü ildə Bakıya göndərilərək Baş Meliorasiya İdarəsində mühəndis vəzifəsində çalışmışdır.
Əbülfət Məmmədov 1987-88 ci illərdə Yevlax Pambıq zavodunda direktor işləyərkən zavod işçıləri üçün bina tikdirmiş və 130 nəfər iscısini təmənnasız olaraq mənzillə təmin etmişdir.
1985-90- cı illərdə isə Bakı Baş Tikinti idarəsində ,Avtobazanın baş direktoru vəzifəsində ləyaqətlə çalışmışdır.
Sonralar o Taxıl Tədarükü nazirliyində mühəndis, Siyəzən Hərbi zavodunda direktor və sair məsul vəzifələrdə də vicdanla işləmişdir.
Neçə- neçə gənc ailəliləri mənzillə təmin etmiş Əbülfət müəllimin xeyirxah işlərini yazmaq üçün bu müdrik insanın gərək saatlarla maraqlı söhbətlərinə qulaq asasan, ömür səhifəsini vərəqləyəsən.
Yevlaxda işləyərkən 1993- cü illərdə Ağdam və Kəlbəcərdən məcburi köçkün düşmüş soydaşlarımıza maddi və mənəvi yardımlar etmiş, onları 20 min dollarlıq ərzaqla təmin etmişdir.
Subay gənclərin ailə qurmasında bu insanın əməyi böyük olmuşdur.
Hazırda Binəqədi rayonunda yaşayan Əbülfət müəllim təqaüdçüdur. Bir il əvvəl insult keçirdib. Səhhətində problem yaşasa da , həkimlər onun səhhətinin tezliklə sagalacağını bildirirlər.
Əbülfət müəllim dünya elmindən xəbəri olan geniş mühakimə və mülahizə qabiliyyəti olan dəyərli ziyalılarımızdandır.
Əbülfət müəllim uzun illər məsul vəzifələrdə çalışsa da, 35 ildən çox əmək stajı olsa da, onun təqaüdü düz hesablanmamış və ona ayda 230 manat pensiya kəsiblər.
Aldığı pensiya isə heç dərmanlarına çatmır.
Fikirləşirəm ki, bu qədər vəzifədə digərləri isləsəydi , milyonlara sahib olardı. İndiki dövrün idarə müdirlərindən fərqli olaraq Əbülfət müəllim heç vaxt halala haram qatmayaraq vicdanla işləmiş , övladlarını vətənpərvər ruhda böyutmuşdur.
Məhz o dövrün əksər insanları əsl kommunist olaraq dürüst işləyirdilər.
Əbülfət Yunis oğlu Məmmədov da vətəninə, dövlətinə sədaqətlə xidmət etmiş , işçiləri ilə mehriban rəftar edərək hörmət , ad- san qazanmışdır.
Son aylarda ölkədə baş verən hadisələri çox düzgün təhlil edir və təmiz əqidəli milli ruhu olan insanlara məsul vəzifələrin verilməsini arzulayır.
Əbülfət müəllim o dövrlərdə polis rəisi, vəzifələrində ləyaqətlə işləmiş polis polkovnikləri Gəray Həsənovun, Şiraslan Abbasovun adlarını iftixarla çəkir, onların dürüst, mərd əməllərindən söhbət açır.
Bizimlə bir süfrədə əyləşmiş tələbə dostumuz Rasim Abışovun atası polis rəisi olmuş polkovnik Abış Abışov haqqında da mehriban söhbətimiz maraqla dinlənilir .
Yusif İldırım oğlu söhbətə müdaxilə edərək kəsərli qələm sahibi İlyas Allahverdiyevin mərdanə xüsusiyyətlərindən,
kasıbları hər zaman müdafiə etməsindən danışaraq kövrək xatirələr söyləyir.
Qazax rayonunun Daş Salahlı kəndindən olan Qəhrəman Osmanovla tanış oluruq. Son dərəcə hazırcavab və Arif insan olan Qəhrəman müəllim Qazax ləhcəsiylə meclisinizə xoş ovqat qatır.
Onu da qeyd edim ki, Yusif İldırım oğlu Abbasov bir neçə il əvvəl bərk xəstələnmiş, insult keçirmiş və müalicəsini bu gün də davam etdirir.9z sağlamlığını qorumaq üçün sələmçi banklardan kredit götürmüş və çox çətinliklərlə üzləşmişdir. Baxmayaraq ki , özünün müalicəsinə köməyə ehtiyacı olduğu halda , mənə dostları haqqında bərk bərk tapşıraqaq iki xahiş edir. Birinci xahişi Əbülfət Məmmədovun Binəqədi Rayon Sosial Müdafiə şöbəsində pensiyasının yenidən , düzgün, ədalətlə hesablanmasıdır.
İkinci xahişi isə Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsi ev 18, mənzil 1 ünvanında yaşayan ikinci qrup əlil Hüseynova Xalidə Mirzağa qızının kommunal məhdud şəraitli evinin tavanına tol çəkdirmək üçün Nərimanov rayonu Mənzil İstismar idarəsinin rəisi Elçin müəllimdən imkansız ailəyə kömək etməsini xahiş etməkdir.
Hər iki məsələ aidiyyatı təşkilatlarda düzələn məsələdir.
Bəzən də kiçik məmurlar o qədər süründürməçiliyə yol verirlər ki, narazı sakinlər bezərək Prezidentin ünvanına şikayət ərizəsi ilə müraciət göndərirlər. Əgər kadrlar yerində olsa, hər bir xırda məmur işini , öz vəzifə borcunu qərəzsiz , vicdanla yerinə yetirsə, onda vətəndaşlar əsəb gərginliyi keçirmədən müvəqqəti ömrümüzü mehriban yaşayarıq.
Ümid edirəm ki,
hər bir məmur vəzifəsindən asılı olmayaraq ölkə Prezidentinin son çıxışlarını rəhbər tutaraq öz vəzifə borclarını şərəflə yerinə yetirəcək , vicdanla çalışacaq və xalqın əsl xidmətçisi olacaqlar .
Rauf İlyasoğlu

 

Alət çubuğuna keç