Xankəndi, Xocalı və Xocavənddə AZƏRBAYCAN BAYRAĞI – ARAYİK QAÇIR…

“Azərbaycanın digər şəhər və rayonlarında qanun və qaydalar necədirsə, işğaldan azad edilən ərazilərdə də eyni olacaq. Buna heç kimin şübhəsi olmasın. Bu məsələdə Azərbaycanın mövqeyi dəyişməzdir”.

Bu sözləri Redaktor.az-a millət vəkili Vüqar İsgəndərov deyib. O bildirib ki, Xankəndi, Xocavənd və Xocalı da daxil olmaqla bütün işğaldan azad olunan ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq:

Deputat Vüqar İsgəndərov: “Şəkililərin həllini illərdir gözlədiyi problem  çözüləcək”

Qeyd edək ki, separatçıların rəhbəri Arayik Arutunyanın Qarabağdan qaçmağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Buna səbəb isə onun illərdir işğal altındakı torpaqlarımızda qurduğu biznesin çökməsidir. Belə ki,vaxtilə o, Xankəndidəki “Nairi” univermağının, Xocavənddə şərab zavodunun sahibi olduğunu təsdiqləmişdi. İndi onun “Nairi” univermağı dağılıb, şərab zavoduna isə binoklla da baxa bilmir. Qarabağda ona məxsus şirkətlərdə və torpaq sahələrində 2 minə qədər insanın çalışdığı təxmin olunurdu.

Alət çubuğuna keç