“WhatsApp”da gözlənilməz yenilik

“WhatsApp” istifadəçilərini sevindirməyə hazırlaşır.

Bu dəfə yenilik “WhatsApp Web”ə tətbiq ediləcək. Yeniliyə görə, “WhatsApp Web”ə giriş barmaq izi ilə olacaq. Özəlliyin hələlik hansı formada istifadə ediləcəyi ilə bağlı məlumat paylaşılmayıb.

“Web” bu xidmətin ən çox istifadə edilən növlərindəndir. Xüsusi ilə iş yerlərində ünsiyyət yaratmaq üçün geniş tətbiq edilir.

Qeyd edək ki, bu zamana kimi “Web”ə mobil telefon olmadan daxil olmaq mümkün deyildi. Hələlik ancaq android beta versiyasında yenilənmə edilib. //Baku.ws

Alət çubuğuna keç