“Vaxt var idi şpiris tapılmadığından onu qaynadaraq yüzlərlə xəstəyə iynə vurardıq”

 

Dünən ölkə başçısı Pirallahı rayonunda “Diamed” şpris istehsalı zavodunun açılışında iştirak etdi. Ölkə başçısı qeyd etdi ki, zavod ölkəni tam olaraq şpirislə təmin edəcək. Bununla yanaşı, istehsal olunan şpirislər xarici bazara da çıxarılacaq.
Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov şpiris zavodunun ölkəmizdə fəaliyyətə başlamasını yüksək qiymətləndirdi:
“Sovet dövründə bir neçə dərmanı bizdə istehsal ediblər və bu da zəif olub. Ucuz dərmanlar olan “insulin”, “aspirin” kimi dərmanları istehsal edirdilər. Amma şpiris zavodu heç vaxt olmayıb. Bu gün ölkəmizdə açılan şpiris zavodunun çox böyük əhəmiyyəti var. Tibbdə şpirisdən çox istifadən olunur. İndiki şpirislər plasmastdan hazırlanır. Ölkəyə çox gəlir gətirə bilər. Bu cür şeylərə sevinirəm, ölkəmiz inkişaf etməli, zavod, fabrik açılmalıdır. Mən bununla fəxr edirəm. Bizim vaxtımızda şpirisin hissələri dəmir və şüşədən idi. Biz şpirisi qaynadaraq yüzlərlə xəstəyə iynə vurardıq. Onda şpiris tapılmırdı. Vətənimizdə belə zavodun açılımasıyla fəxr edirəm. Uğurlar arzulayıram”.
Vasif Əlihüseyn
Alət çubuğuna keç