Vətənsevər qardaşım

Bu gün Qarabağ müharibəsidə xidmətləri olmuş, bir çox ugurlu döyüşlərdə iştirak etmiş, Mardakertin vaxtilə ermənilərdən təmizlənməsində iştirak etmiş , Kəlbəcərdə ilk polis olaraq ezam olunan, sərhədlərimizi dörd nəfər əməkdaşla iki avtomatla qoruyan, polis sistemində ləyaqətlə işləmiş, 1988-ci ildən 1994-cü ilə qədər döyüş bölgərində düşmənlə dəfələrlə üz – üzə gəlmiş və yaralanmış, Sambo cüdo üzrə dəfələrlə Azərbaycan və Zaqafqaziya çempionu olmuş pəhləvan cüssəli qardaşım Namiqin vəfat edən günü və mənim isə qardaş, torpaq, vətən itkisindən infakt keçirdərək sarsıntıdan bel sütunumun qırılan günüdür .26 may mənim ən hüznlü günümdür .
Əziz qardaşım Namiq ! Yadımdadır ki 1989- cu ilin iyun ayı idi . Gül- çicəkli həyətimizdə iki toy mağarı bezədilərək qurulmuşdu .Toyumda Qədir Rüstəmov bənzərsiz səsiylə məclisi feyziyab edirdi . Sən də Vaqif də , Niyaz da, Məleykə və Arzu bacılarım da gəlinimiz Rahilə xanım da , anam Sərəncam xanım da çox sevinir ,hərə bir işlə məşgul idilər . Sən isə qardaşının toyunda bir dəqiqə də oturmurdun. Qonaqlara qulluq edirdin. Bala Rəmiş adlandirdıgımız Eldar gitarada necə yanıqlı ifa edirdisə, hamı diqqətlə qulaq asırdı . Bakıdan hörmətli qonaqlar dəvət olunmuşdu. Musiqişünas Fürudin Şusinski məclisə daxil olan kimi gitara qardaşım Vaqifin tarı ilə əvəz olundu . Cünki masabəyi olan Füruddin əmini hamı hörmətlə qarşılayar və heç kəs onun sözünü iki eləməzdi . Rəhmətliyi iki gündən sonra Bakıya yola saldiqdan sonra Füruddin Şuşalı Bakıdan zəng edərək dostuna demişdi: İlyas müəllim, bəs yadımdan çıxıb toya nəmər yazdirmamışam, konvert də yadımdan çıxıb çibimdə qalıb .
Atam isə deyərdi :Ay Füruddin ! Elə sənin gəlişin puldur də . – deyə mehriban sohbət edərdilər .
Yaxşı yadımdadır Toydan gedən qonaqlar jiquli markalı minik maşınına minərkən dedim ki, Namiq, bu maşını arxa buferdən qaldira bilərsən ?
Maşının arxasında üç nəfər , qabaqda isə iki nəfər oturan jiqulinin arxa buferindən necə qaldırdınsa , arxa təkərlər göydə qaldı. Sonra isə dedin: İndi sürüb gedin. Yaxşı yol.
Bəlkə də belə qeyi-adı gücünlə gözə gəldin ?
Bir dəfə də Şamaxı pəhləvanını fənd işlədərək necə yerə sərib dizini sinəsinə qoyarkən ,rəqib pəhləvan təslim olub demişdi : bu ki dəmirdir, zindan kimidir, tərpətmək də olmur .
Amma ürəyin çox yumşaq idi .Agdərədə döyüş vaxtı polis dostlarınla bir yerdə erməni yaşayan evə girib zirzəmidə qoca erməni qadınını körpə qızına qısılarkən onları görərkən döyüş dostun qoca qadınla körpəni vurmaq istəyəndə sən qoymamışdın, yaziqdir deyərək onları sag salamat hərbi hissəyə gətirmişdın. Həmin qadın körpəsiylə birlikdə sonradan əsirlərlə dəyişdirilərkən hansı hislər keçirmişdın?
Soruşanda deyirdin; Biz saqqallı ermənilərlə vuruşub torpagımızı qoruyuruq, , körpələrin nə günahı var ?
Allaha inamın güclü idi .
Necə dəfə təhlükəylə üzləşmişdin ?Salamat qurtarmışdın.
Əziz qardaşım Namiq! Sən qardaşlarından etibarlı oldun. Həm vətənə, həm atana, anana bizdən tez qovuşdun. Vətən ügründa ,səngərlərdə böyrəklərini çürütsən də səhhətinə fikir veədin . Qarakənd səmasında qeyrətli ogullarımızın cəsədlərini aglaya- aglaya yıgarkən necə sarsıldın? General Məhəmməd Əsədov da səni Namı deyə çagırırdı . İstiqanlı ,dostcanlı qohumcanlı idin. O faciədən çox sarsıldın. Hətta bir müddətdən sonra Agdam qəbirsanqıgında uyuyan İlyas müəllimin məzarı önündə bir kəlmə söz demisən, Ata , darıxma ,tezliklə yanına gələcəyəmvə ona da qovuşdun. Nə Qarabag veteranı olaraq,nə də polis sistemindən sənət düzəldib təqaüd ala bildin, heç kəsə minnətli olmadın, halallıqla dolandın. Yeganə qızının naminə Buzovnada ev tikdirdin. Bir otagı ancaq başa çatdırdın , o biri otaqların döşəməsini düzəldə bilmədin, ömrün də evin kimi yarımçıq qaldı.Zəhmətlə qazandıgın avtomobilini dəyər dəyməzə satdılar , o biri otaqları da təmir etdirdik.
Allahım, qardaşım Namiqin bütün günahlarını bagışla. Bu ramazan ayında vətən həsrətli dögmalarımın və məni tanıyanların da dünyadan köçənlərini də əhf edin , Allahım.!
Allahım heç zaman məni naümüd qoymadı . 2011 ci ildə Namiq , səni İrana apardiq. Yoxladılar , dedilər ki, gecdir, böyrəklərin sıradan çıxıbdır . Hams ıki Bakida səni ürəyinə görə mıalicə edirdilər . Heç xəstəxanada yatmagı da özünə sıgışdırmırdın. Neçə dəfə yalvardım, Həyat yoldaşın da səni başa düşmədi, onu düşündürən ancaq sənin qazançın oldu .Çünki, bir gün işə getməyəndə səndən pul tələb edirdi . Bir dəfə dedimi get müalicə olun. Bəlkə o da sənin pəhləvan cüssənə gorə ölümünə inanmırdı .Görəsən Aygun, Günel səni yada salırlarmı ? Axı sənin kimi ogulu unutmaq olardımı? Sənin kimi ogulu nəinki unutmaq , gözünün üstündə saxlayaydı . Əlindən hər iş gəlirdi , elektrik, mantyor çilingər işlərini mükəmməl bilirdin. Avtomobil ustalarından çox bilirdin. Usta soyuducumuzu düzəldə bilməyəndə sən gəlib həmin zədəni talıb soyuducunu işə salanda Mətanət necə sevinmişdi. Çünki yayın isti vaxtında soyudu usuz qalmişdıq. Hamıya əl tuturdun.
Yarışlarda necə pəhləvanların sinəsini yerə vurmuşdum, Kim sənin yoxluguna inanardı?
Səngərlərdə çürutdüyün böyrəklərini niyə biz bilmədik? Heç naşı həkimlərimiz də demədilər . Respublika Əlillərin Bərpa mərkəzində verilən lazımsız ürək dərmanlarından bezdin. Bir həkim demədi ki, gedin dialezə . Sənin ölümümdə həkimlərimizi günahlandiriram. Bizim həkim çərrahlarımızın əksəriyyətini pul maraqlandirir . Rüşvətlə universitet qurtaran bir çox kütbeyin, savadsızhəkim, cərrah qəssablarımız nahaq yerə kəsib dogramaqla, xəstələri soymaqla məşguldurlar. Bəs viçdan deyilən məfhum nə deməkdir ?
Vicdanı olmayanın, rəhmi də olmaz.
Hərdən də deyirəm ki, bu da taledir, qismətdir, alın yazisidir . Talehimlə barışmaga məhkumam. Allah bütün qardaşlara rəhmət eləsin. Allah dostlarımı qorusun. O çətin anlarımda sanki tək qalmışdım Ələddin,Həsənov, Sabir Məmmədov, İlyas Səfərov , Ruslan Göyüşov , Qoca Səmədov , Adil Əliyev və digər dostlarım, qardaşlarım, tələbə yoldaşlarım həmin anlarda mənə arxa oldular, Quzanlida yaşayan qardaşım, Qarabag müharibəsi əlili Vaqifə (;təqaud də almayan) zəng etdim ki, atamın ayaqları altında Namiqin qəbrini qazdir, bütün xərci mənlikdir . Mən o anda çətin məqamda mənə arxa olan dostlarımı unuda bilərəmmi? Bu gün də tələbə dostlarım mənə qaygi gostərirlər. Amma gərək bu hörməti də qazanasan . Allah dostlarımı qorusun.
Allah xalqımizı qorusun, Allah dövlətimizi daha da qüdrətləndirsin. Tezliklə Qarabagimizı və ona bitişik ətraf ərazilərimizi erməni və rus əsarətindən azad edək , qəlbimiz sevinsin və vətən həsrətli dogmalarımizın da ruhun şad edək .
Rauf İlyasoglu ,
Həkəri qəzetinin baş redaktoru

Alət çubuğuna keç