Vətəndaşların zərəri müxalifətin qazancı olsun “İçərişəhərin qala divarları” mövzusunda susduq.

Sonda gördük ki, susmaq həqiqətən qızıl imiş. Son günlər “dağılan qala divarları”, ”məhv olan tariximiz” mövzularında çağırışlar edən müəyyən kütləyə, elə özlərindən cavab gəldi. Məlum oldu ki “dağılan” mədəniyyətimiz yox, “reytinq” xətrinə özünü “dağıdan” müəyyən auditoriyamız var. Paylaşılan “söküntü” görüntüləri təxribat idi və bu öz təsdiqini tapdı. Problemimiz təkcə bu deyil. Biz cəmiyyət olaraq, təxribata alışmışıq. Problem təxribatı təbliğata çevirib, insanlara “divarlara ağlamayın bizi seçin”, ”mitinq edək, küçələrə çıxaq” təbliğatı və sonda fiaskoya uğramaqdır. “Biznes obyektləri və məhv olunan mədəniyyətimiz” mövzusuna gəlincə,tarixi məkanlardan turizm infrastrukturu kimi istifadə olunması, mənəviyyatsızlıq, tamahkarlıq deyil, bu yalnız dəyərləndirmədir. Bu tək Azərbaycana xas bir faktor deyil. İspaniyada bir zamanlar Migel De Servantesinde yaşadığı ev, restoran kimi fəaliyyət göstərir və feodal əsilli kastiliyalı “idalgoların” nəticələri buna görə “mədəniyyətimiz məhv olur, gəlin şəhərə yeni mer seçək” demir. Yaxud da Adolf Hitler və Tomas Edisson kimi məhşurların olduğu Fransa mədəniyyətinin simvolu sayılan Eyfel qülləsində belə “58 Tour Eiffel”, Jules Verne” və ”Champange bar” kimi restoranalar var və bu restoranlarına görə, Fransa müxalifəti heç kimi vandallıqda ittiham etmir və stadiona dəvət etmir. Qeyd edim ki, “İçərişəhər”də şəxsən mənim tanıdığım 30-dan çox məkan var. Nəzərə alsaq ki, hər məkanın 10-15 nəfər arası personal heyyəti var, “sakinlər restoranların çoxluqundan narazıdır”, ”mədəniyyətimiz məhv edilir” kimi fikirlər yaratmaq ən azından 30 vergi ödəyicisi sahibkarın, 300-450 nəfər vətəndaşın qazancınınn itirilməsinə çalışmaq, kimə nəyi qazandırır?… Bunu anlamıram. Ancaq olsun… Əgər bütün bunlar kimlərəsə “nüfuz” qazandıracaqsa olsun. Sahibkarla işçinin zərəri, müxalifətin qazancı olsun…… Fərid Abdinov

Alət çubuğuna keç