Azərbaycan
Sənə qarşı sədaqət var,
Möcüzə var, min hikmət var,
Hər dağında , Azərbaycan!
Çiçəklənən doğma diyar,
Yer üzündə tayınmı var?
Yaşayırıq biz bəxtiyar,
Qucağında, Azərbaycan!
Çox olsa da dost- sirdaşın,
Türkiyədir can qardaşın.
Səninlə ucalır başım,
Hər çağında ,Azərbaycan!
Mübarizlər olan yerdə,
Vətən düşə bilməz dərdə.
At oynatmaz düşmən, bir də,
Torpağında , Azərbaycan!
Çəmənlərin yaşıl xalı,
Gülləndirir yamac, yalı
Gür yansın bayram tonqalı,
Ocağında, Azərbaycan!