Ümid edirik ki, birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq – Çavuşoğlu

Ankara ümid edir ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqları zamanı deyib.

O deyib: “Biz görürük ki, Qarabağda atəşkəs rejimi bərqərar edilib. Ümid edirik ki, atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq”

Alət çubuğuna keç