Ülvi Ələkbərzadə Sevmədim Heç..

Sevmədim Heç..

Mən sevmədim bu dünyanı heç,
Bu dünyanın daşını, torpağını,
Bu dünyanın varını, yoxunu,
Bu dünyanın insanını mən
heç sevə bilmədim..
Bu dünyanın canlıların,
cansızların, insanını;
ağacını, bitkisini, kolunu,
Mən sevmədim bu dünyanın
oyununu..
Naşı yoxsul, bədbin ayaq insanların,
Var olubda, əl tutmayan insanların.
İnsanlıqdan pay almayan insanları,
Bəxtsiz olan insanları, varı olubda, yox olan o, insanları.
Sevgi , insanlıq nədir bilməyən
insanları.
Heç sevmədim bu dünyanı mən..
Paxıl olan insanları,
İnsan olub,
insanlığın unudanları,
İnsan cildində gəzən,
şeytanları..
Əməli səhv, insanlıqı yox insanı..
Heç sevmədim bu dünyanı mən..
Bu dünyada dağlar oldu sinəmə,
Qəm yaşı köçdü bu gözlərə,
Uçdu əllərimdən dözümün işığı,
Kaş bu dünyaya gəlməzdim heç,
Kaş bu dünyada dogulmazdim heç.

Gecələr yatammıram

Səni sevdiyim gündən,
Gecələr yatammıram.
Səni gördüyüm gündən,
Qəlbi susdurammıram.
Sevgimiz göylər qədər,
Sevgimiz yerlər qədər..
Sevgimiz dəniz kimi,
Sevgimiz dalğa kimi.
Sevgimiz bulud kimi,
Təmizdir, safdır, dürdür.
Eşqimiz yağış kimi,
Yağdıqca təmizlənər,
Könlümüz sərinlənər,
Sevgimiz təzələnər..
Bax yenədə göylərə,
Bizim sevgimiz yağır,
Göylərdən yerlərə,
Bizim eşqimiz yağır.
Bax-bax yağaş yağışa,
Diqqətlə bax sevgilim?
Səncə bu bizim sevgi,
Deyilmi? yağır..
Göylərdən yerə?..
Sevgilim, çoxdan yazılıb,
Bizim sevgi şeirimiz..
Sözlərdə göylərdən yağır,
ey, sevgilim..
Gəl sevgimiz ölməsin,
bu eşq nuru sönməsin,
Sonsuza qədər davam edsin..
Biz birlikdə bir ömür,
yağan yağışa baxaq,
yağan sevgimizə baxaq,
axan çaylara baxaq,
yağan dür qara baxaq..
Bir ömür sənlə olaq,
sevgimizi yaşayaq.
Məhəbbəti çıraq edib,
Eşqimizi yandıraq,
Gecələr soyuqundan,
Bir-birimizi qoruyaq..
Gecənin ayazından,
Gündüzün günəşindən,
Sabahın sehrindən,
Bir birimizi qoparaq,
Aparaq öz dünyamıza..
Və beləcədə burda sonlansın,
Bizin bu eşq hekayəsi..

Gecələr
Səssiz axan gecələr,
Ulduzlarla danışır.
Ulduzların arzusu,
Sabahlara qarışır.

Arzularla doludur,
Hər açılan sabahlar.
Çiçəkləyən ümidir,
Hər açılan sabahlar.

Bəzən aylı gecələr,
Sükutlara qarışır.
Üfiqlərə yetməyə,
O günəşlə yarışır.

Görüşək

Gəl, bu gecə eyni yuxuda görüşək.
Yandıraq sobamızı..
Dəmləyək, pürəngi çayımızı..
Oturub bir yerdə,
Köhnə xatirələrdən danışaq,
Yaxın keçmişimizi yada salaq.

Gəl, bu gecə eyni yuxuda görüşək.
Çöldə yağsın yağmur,
Qapımızı döysün, yağış damlaları.
Heçkimdən qorxmadan,
Heçkimdən çəkinmədən,
Saatlarca göz-gözə baxışaq.

Gəl, bu gecə eyni yuxuda görüşək.
Külək əssin, yağış yağsın,
Çaxsın şimşək..
Külək ağacları, kökündən qoparsın..
Bu soyuq gecədə görüşək biz..
Bu aylı gecədə sevişək biz..

Gəl, heç olmasa yuxuda görüşək,
Son dəfə biz..
Son dəfə əllərim, saçına toxunsun,
Gözlərim, gözünə baxsın..
Yuxuda da olsa, xəyal da olsa,
Son dəfə görüşək biz!

Gəl, bu son görüşə bir ad verək biz,
” Son günün yuxusu”….
Artıq yuxunun sonuna çatırıq,
Yuxuda olsa,
Xəyalda olsa,
Son dəfə görüşdük biz…
Tökülən sözlərdə,
Axan misralarda;,
Yazılan son şeirdə,
Görüşdük, son dəfə biz…

Ülvi Ələkbərzadə
Alət çubuğuna keç