Ukrayna Ermənistana qadağa qoydu

Ermənistanın adı Ukraynanın Səhiyyə Nazirliyinin “qırmızı” siyahısına salınıb.

Oxu24.com xəbər verir ki, bu barədə “News.am”a Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidmətində bildiriblər.

Qeyd edək ki, bu, Ukraynanın Ermənistandan gələnlərə tətbiq etdiyi ilk məhdudiyyət deyil. Rəsmi Kiyev daha əvvəllər də Ermənistandan bu ölkəyə üz tutanlar arasında koronavirusa yoluxma hallarının çox olduğunu əsas gətirərək, müsbət koronavirus testi və ya 14 günlük özünü təcridetmə rejimi tətbiq edib.

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 152 mini ötüb. Ölkədə pandemiyadan ölənlərin sayı isə 2 596-ya çatıb. Hazırda Ermənistanda 17 796 aktiv koronavirus xəstəsi var.

Alət çubuğuna keç