TV-lərdə hər gün reklam olunan klinika niyə vergi borcunu ödəmir? – İLGİNC

Ötən ilin əvvəlindən koronavirus pandemiyasının qarşısının alınması üçün Azərbaycanda tətbiq edilən qadağalar ölkə iqtisadiyyatına mənfi təsirini göstərdi. Yanvar ayının 4-də Tarif Şurası tərəfindən yanacağın qiymətinin qaldırılmasından sonar isə artıq bəzi məhsulların bahalaşdığı bildirilir.

İqtisadiyyatda baş verənlərin fonunda ölkədə növbəti devalvasiyanın olacağı barədə məlumatlar yayılmaqdadır.

Ötən ilin dekabr ayının 23-də Mili Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mediaya açıqlama verərək 2021-ci ildə devalvasiyanın olmayacağını bəyan etdi. Lakin Milli Bankın sədrinin məlum açıqlaması bəzi özəl təşkilatları qane etməmişdir. Belə ki, əldə etdiyimiz məlumatlara görə, özəl sektorda fəaliyyət göstərən müəssisələrin əksəriyyəti vergi borclarını ödəmirlər. Buna səbəb isə ölkədə devalvasiya ilə bağlı yayılan şaiyələrdir.

Məlumatda o da iddia edilir ki, həmin şirkətlər dövlətə ödəyəcəkləri vəsaitləri xarici valyutalara çevirərək devalvasiyanı gözləyirlər.

TV-lərdə hər gün reklam olunan klinika niyə vergi borcunu ödəmir? - İLGİNC

Rubrika.Az-ın qlobal.az-a istinadən verdiyi xəbərə görə, dövlətə külli miqdarda vergi borcu olan müəssisələrdən biri də “Milana Medical” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Dövlət reyestrində “Milana Medical” kimi qeydiyyata alınan müəssisə sonradan “Milana Hospital”, “Milan Hospital”, indi isə “VİP Milan Hospital” kimi fəaliyyət göstərir.

TV-lərdə hər gün reklam olunan klinika niyə vergi borcunu ödəmir? - İLGİNC

“Milana Hospital”ın hazırda dövlətə olan vergi borcu 156.669 manat təşkil edir.

Xatırladaq ki, sözügedən klinika 2014-cü ildən fəaliyyət göstərir.

“Milana Hospital”ın fəaliyyətini davam etdirməsi, tv-lərdə həkimlərinin reklamlarının çoxalması fonunda vergi borcunun nə üçün gündən-günə çoxaldığı ciddi suallar yaradır.

Qarşı tərəf məsələyə münasibət bildirə bilər.

Alət çubuğuna keç