Türkiyədən SENSASİON ŞUŞA TƏKLİFİ: Yanvarın 30-da…Türkiyədən SENSASİON ŞUŞA TƏKLİFİ: Yanvarın 30-da…

“Prezident Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti İlham Əliyev də uyğun hesab edərsə, şəxsi təlimatımla “Ülkü Ocaqları” təhsil və mədəniyyət vəqfi tərəfindən Şuşada ibtidai məktəbin inşası hədəfimizdir”.

Oxu24.com xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

Baxçalı Azərbaycan Milli Marşının 30 yanvar 1920-ci ildə qəbul edilməsinə diqqət çəkərək marşın söz yazarı Əhməd Cavad, bəstəkarı isə Şuşada anadan olan Üzeyir Hacıbəyli olduğunu xatıladıb: “İnşasını arzuladığımız məktəbin adı Üzeyir Hacıbəyli, təməlqoyma günü isə 30 yanvar 2021-ci il ola bilər. Təlim-tədris bir millətin istiqbalının sancağıdır. Bu sancağın varlığı nəsillərin şüurla yetişib, əxlaqla örtülməsini təmin edir”.

 

Alət çubuğuna keç