Türkiyədə 3 İŞİD-çi saxlanıldı

Türkiyədə İŞİD terror təşkilatının 3 üzvü həbs olunub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib. Şəhərdə İŞİD-lə əlaqəli bilinən 5 şəxsə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində onlardan 3-ü saxlanılıb.

Digər şəxslərlə bağlı axtarışlar və əməliyyat tədbirləri davam edir. Həmçinin saxlanılanlarla bağlı araşdırmalar aparılır.

Mənbə: www.unikal.org

Alət çubuğuna keç