Türkiyə S-400-lərin ikinci partiyasını alır – Akar

Türkiyə S-400 sistemlərinin ikinci partiyasının tədarükünə dair Rusiya ilə danışıqlar aparmağa davam edir.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Ankara üçün Rusiyanın S-400 sistemlərini almaqdan imtina etmək problemli olardı. Ümid edirik ki, bu mövzu ilə bağlı ABŞ-la fikir ayrılıqlarımız dialoq yolu ilə həll oluna bilər”, – o bildirib.

Xatırladaq ki, Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bir neçə gün öncəki açıqlamasında S-400 komplekslərinin ikinci partiyası üçün birgə istehsal və texnologiyanın verilməsini istədiklərini açıqlamışdı.     /konkret.az/

Alət çubuğuna keç