“Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib” – Ərdoğan

“Türkiyənin regional və qlobal gücü artdıqca ölkəmizə olan hücumların artması bir həqiqətdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 vilayətdə Ədalət və İnkişaf Partiyasının (AKP) keçirilən konqresində videokonfrans formatında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək ortaya qoyduğu güclü iradəni dünyaya nümayiş etdirib: “Türkiyə öz həmlələri ilə zülm və müstəmləkələr üzərində qurulan əsirlik planları kökündən dəyişdirə bilib. Artıq qapalı qapılar arxasında qurulan planlar məsumların qanı bahasına baş tutmur. Bu planları pozan bir ölkə olaraq Türkiyənin masa başında oturulmaması mümkündürmü? Kim nə deyirsə desin tarix öz hökmünü verir”, – deyə Ərdoğan qeyd edib.

Alət çubuğuna keç