Türkiyə Rusiya ilə tam vizasız rejimin tətbiq olunmasını istəyir – Çavuşoğlu

Türkiyə ümid edir ki, Rusiya ölkə vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

O bildirib ki, Rusiya vətəndaşları Türkiyəyə vizasız səfər edə bilir:

“Biz də istərdik ki, Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq olunsun. Bu il pandemiyaya baxmayaraq biz turizm üçün zəruri təhlükəsizlik tədbirləri gördük və şadıq ki, 2 milyon rusiyalı turist ölkəmizə səyahət etdi”.

Alət çubuğuna keç