Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədin İdlib istiqamətində hərəkətə keçib.
Bəşər Əsəd rejimi ordusunun İdlib və ətrafına son günlərdə ağır silahlar yerləşdirməsi türk ordusunu hər hansı hücum ehtimalına qarşı hazırlaşmağa vadar edib.
Bu çərçivədə rejimlə müxalif qrupları ayıran cəbhə xətlərinə çox sayda zirehli piyada döyüş maşınları, zirehli texnika, tank, səyyar gülləkeçirməz təhlükəsizlik kabinləri və hərbi radiolokasiya göndərilib. Rejimin hücumlarına cavab vermək məqsədilə bölgədə yeni keçid məntəqələri yaradılıb və səngər qazılıb.
Zümrüd