Türk birliyi yaratmaq üçün sözümüz bir olmalıdır.

Təxminən 15 il əvvəl Misir Ərəb Respublikasının Azərbaycanda fəaliyyət g9stərən Misir Mədəniyyət mərkəzində keçirilən mötəbər tədbirlərdən, milli adət ənənələrdən, Qədim Misirin ehram və sərdabələrindən və s. Respublika qəzetində, Həkəridə mütəmadi olaraq məqalələr, tədbir yazıları yazırdım.Hətta mənim 50 illik yubileyim də və iki kitabımın təqdimatı da həmin məkanda keçirilib. Ondan çox ölkənin səfirləri, tanınmış ziyalılar, bütün televiziya kanalları iştirak ediblər..Bir gün MMM- nin sədri misirli dostum mənə dedi: İndicə bura gələn qadını tanıyırsan.?
– Əlbətdə , təşkilat rəhbəridir.
Bəs niyə bu qadınlar bir birindən mənə deyicilik edirlər.?
Çox pərt oldum.
Bunu 2019- cü ildəTurkiyə səfərlərində də gördüm. Və həmin adamlara iradlarımı bildirdim.
Saxta dərmanlar görmüşdüm, dünən də saxta adamlar da gördüm.Elə dedi qodu yaradanlar ərlərini deyingənliyindən çərlədərək bağrın çatdadırlar..Məni Respublika qəzetinin baş redaktoruna satan qəzet redaktoru Natella Asena kimilər.
Təsəvvür edin. Bu qadının təmənnasız tədbirin keçirtmişəm . Baş redaktorun xahişi ilə. Respublikada yazı yazarkən mənimlə mübahisə edib ki, yazım ki onun 70 səhifəlik kitabı dövlət mükafatına layiq görülməlidir.Mənzum formada şeir quraşdıran bu qadın Prezidentə, birinci vitse prezidentə , Müdafiə naziri Zakir Həsənova, Ramiz Mehdiyevə, Respublika qəzetinin baş redaktoruna yaltaqcasına əttökən şeir yazıb kitabça çap etdirmiş və yayıldığı jurnalistlərə özünü təriflədirdi . Mənə də deyirdi ki məni təriflə , nə deyilib tədbirdə onu yaz.Sonradan Oqtay Rza da dediyinə peşiman olmuşdu ki nahaq onu bu qədər təriflədim.Hec Nizami Gəncəviyə bir söz qalmadı ?
Axı qəzetcilikdə təzyiq olmaz. Gecə məsul növbətçi olduğumu bilib redaksiyaya gələrək baş redaktora zəng edib dedi : Rauf mən dediklərimi yazmır. Teymur müəllim isə mənə bildirdi ;- Onu çox danışdırma, nə deyir yaz mən gecə düzəldərəm. Tədbir haqda yazdım.
Baş redaktor qol çəkərək çapa imza atmışdır. Səhər qəzətdə yazım çap olundu.Natella Asena kabinetimə gəldi ki gedək Teymur müəllimə təşəkkür edək .
Bildirdim ki get özün təşəkkür elə.
Acıqla gedərək Baş redaktoru qucaqlayıb öpəndən sonra yaltaqcasına deyir;
– Raufu çağırıram, gəlmir., .Rauf deyir ki ay Teymur müəllim ,səndən yazacaq. Sonra üzünü kabinetdə oturmuş Musayevə tutub deyir : Rauf deyir ki, Humbətdən də yazacaq .
Hətta əməkdar jurnalist Sabir Mustafayevi tanımasa da ona tərəf dönüb deyir: Rauf səndən də yazacaq.
Rəhmətlik Sabir Mustafayev sonradan bunu mənə danışdı ki , bu qadın nə şər böhtanci, ifritə adam imiş.
Sabir müəllim redaksiyada bir bölgə müxbiri ilə mübahisə etmişdi. Həmin gədə Salman Alıoğlu guya Sabir müəllimin qızını rektora tapşırmaq məqsədiylə ondan üç min man.pul alib xərcləmiş və Sabir müəllimi aldadaraq gəlib Teymur Əhmədova demişdir:- Sabir Mustafayev sənin yerinə keçmək istəyir.
Novbəti iclasda abunə planını güya yerinə yetirmir damğası ilə Sabir müəllim bərk danlanır. Musayev də katalizator rolu oynayır.
Sabir müəllim iclasdan dilxor çıxaraq piyada gedərkən Elmlər Akademiyasının yanında fikir və əsəbdən ürəyi partlayır… İşlədiyim müddətdə abunə sıxma boğmasından ildə bir nəfər əməkdaşımız ya insult keçirdir, ya da dünyasını dəyişirdi.
Əməkdar jurnalist, filologiya elmləri namizədi , yazıçı Nərgiz Rüstəmlini ,Siyasət şöbəsinin müdiri, əməkdar jurnalist Xəlil Cabbarovu, məsul katib İlham Paşayevi, baş redaktorun birinci müavini , filologiya elmləri namizədi , yazıçı İlham Pənahovu , bölgə müxbirimiz İlham Cəfərovu ehtiramla xatırlayır, bu gün də fikirləşirəm ki, paxıl , söz gəzdirən, aravuran insanlar olmasaydı , yuxarıda adlarını çəkdiyim həmkarlarım əsəb gərginliyi keçirtməzdi,abunə planını yerinə yetirmədikləri üçün iclaslarda danlanmazdı və bu gün də yaşayardı. Hər altı aydan bir 100-120 ədəd abunə edirdim.
50-60 ədəd abunə bir illik olurdu. İllik abunə haqqı 124 man.40 qəpik , 6 aylıq abunə isə 62 man 80 qəpik idi.
Aldığımız əmək haqqı isə 140-200 manat arası idi.
Üç aylarla əmək haqqı gecikdirilərdi.Tender elanlarda isə ayda 50-60 min manatdan çox redaksiyaya gəlir gəlsə də jurnalistlər idarə və müəssisələrdə abunə yazdırmaq üçün gah kiməsə yalvarar, gah da lazımsız məmurların tərifli yazıların qəzetdə bəzəkli şəkilləri ilə tərifləyərdilər.
Ona görə də redaksiyaya ünvanlanan şikayət məktubları bu gün də cavabsız qalır.
Çünki, elə nazirlik və komitə var ki, bu qəzetə 100-200 abunə ediblər. Əgər həmin nazirlikdən tənqidi yazı getsəydi, redaksiya 200 abunə pulundan məhrum ola bilərdi. Odur ki, qəzetin çap olunması , abunənin artırılması xatirinə məddah yazıların sayı hesabı yox idi.
Dahi şəxsiyyətin doğum və anım günündə isə nazirlər, komitə rəhbərləri , deputatlar vəzifə hərisləri birinci və ikinci şəxslərə yaltaqlanmaq naminə onların valideynlərini ifrat dərəcədə tərif edirdilər.
Əlbətdə ki belə məddahlı Prezidentin xoşuna da gəlmirdi
Bu ayrı mövzunun söhbətidir …
Baş redaktor T. Əhmədov Natellanın sözündən sonra səhər məni kabinetinə çağıraraq dedi: Sən Natellanın qulağına nə demisən?
Baş redaktora, nərimanovşünas professora hörmətim olsa da dedim:
Axı onun qulağı məndə nə gəzir? Bu nə deməkdir? Siz ki məni bir işveren , şərçi qadının ayağına verirsiniz , mən bir də bu şeytan , qiybət dagarcığı olan redaksiyaya ayaq basmaram.Təsəvvur edin ki, dediyinə görə Siyaqut kəndindən olan bu qadın gürcü təxəllüsü ilə çıxış edir. C. Cabbarlı adına Respublika Gənclər kitabxanasına birlikdə gedərək dostumuz Tahir Sadıqovdan xahiş edib onun tədbirin bu kitabxanada təmənna güdmədən, Əhmədovun xahişi ilə keçirmişəm .
Direktordan xahiş etmişəm ki, qəzet redaktorudur. Direktor 75 səhifəlik nazik, yüngül kitabçaya baxıb mənə görə razı olmuşdu.
Hətta tədbiri danışarkən direktorun kabinetində əyləşmiş bir polkovniklə onu tanış edərkən Natella Asena görün nə demişdir: Siz haranın polkovnikisinizki? Sizin kimi polkovnikləri çox diz cokdurmüşəm.
Bu sözdən sonra Kitabxana direktoru başını bulayaraq yavaşca mənə tərəf gileyləndi ki, bu başıxarabı hardan tapıb gətirmisən?
Danışığını bilməyən , lazım gələndə yaltaqlanmağı bacaran bu qadını nəşriyyatda xoşu gəlmədiyi adamları necə şərləməsindən , yüngül, əttökən hərəkətlərindən , mərdiməzarlığından hələ yazmıram.
Beş bənd satirik şeirlə kifayətləndim.
Hansı ki, jurnalistlərə tikilən mənzillərdən mənə də verəcəydilər.
Çoxüzlü sifətləri görməmək xatirinə əsəblərimi qoruyaraq prinsipial mövqe tutub redaksiyadan uzaqlaşdım .
Çünki, ANS televiziya rəhbərlərini ” Həkəri” qəzetində vaxtilə tənqir etdiyim üçün Prafkom Kamal İbadov, müavin Musayev Baş redaktora şeytançılıq etmişdilər ki, Rauf ANS kanalının ikiüzlü sifətini açıb gostərib.sələmci banklardan yazıb, dollar bayatıları adlı satirik şeirlər yazib. Birdən bilsələr ki, Rauf İlyasoğlu bizdə işləyir, ANS elə Respublika qəzetinin adını çəksə, biz batarıq ki, deyə məni iclasda tənbeh etdilər. İbadov dedi ki, işdən cıxarılsın.
O biri daşürəkli yaltaq üzvlər isə başlarını tərpətdilər. Mədəniyyət şöbəsinin müdiri Zülfüqar Şahsevənli isə dözə bilməyib dedi : Teymur müəllim! Axı Rauf İlyasoğlunun iki uşağı Türkiyədə tələbədir. Banklar üç , beş min dollara görə onu məhkəməyə verib. Üç aydır ki, maaş da verilmir ki, Rauf bankların borcunu ödəsin.
Bu sözdən sonra ürəyi yumşalana baş redaktorun qərarı bu oldu ki ayda bir dəfə çap etdirdiyini Həkəri qəzetinin həmin nüsxələri yandırılsın , Raufa şiddətli töhmət verilsin.
Yaşamaq istədiyim üçün ikiüzlü naqis , namərd insanlardan uzaqlaşdım .Nə qədər çağırsalar da bir daha bu redaksiyaya getməməyi qərarlaşdırdım.
Sonradan eşitdim ki, Zülfüqar Sahsevənliyə qarşı haqsızlıq edilmiş və o da abunə planını yerinə yetirməməsi bəhanəsiylə işdən uzaqlaşdırılmısdır.
İnsafən onu da qeyd edim ki, hər gün iki ya üç yazım Respublika qəzetində çap olunardı. Əməkdaşlar məndən baş redaktora şikayət edərdilər ki, niyə Rauf İlyasoğlunun yazıları hər gün çap olunur, bizimki isə ləngiyir. Teymur Əhmədov isə onlara deyirdi; Siz juliklərdən, idarə müdirlərindən pul alaraq yaltaq yazılar yazırsınız, amma Rauf şahidlərdən, yazıçı və şairlərdən ,kitablardan və s. tədbir yazıları yazır.
Amma sonradan dostumun saqqızın da oğurladılar və mənə qarşı qərəzli mövqe tutdu.
Bir müddət keçəndən sonra eşitdim ki, baş redaktora deyicilik ediblər ki, Rauf bir rayonun deputatının vəkillərindən biridir. Deputat da Raufun xətrini çox istəyir. Tezliklə Rauf sənin yerinə keçəcəkdir. Bu isə heç mənim ağlıma da gəlməzdi.
Bu xatirəmdə qalanlardan bir qismini yazdım ki, kim kimdir bilinsin.Pula, vəzifəyə görə mənliyini ayaq altına atan riyakar xislətli yaltaqları siz də tanıyın.
Redaksiyada xətrimi bu gün də istəyirlər.
Amma yenə də gərək ehtiyyatlı olasan.
Kişi gərək sözünü deməyi bacarmalıdır.Yaltaqlıqla yuksək mərtəbəyə çatanların aqibətini də görürük .
Yəqin ki dostlar vətən həsrətli ikinci qrup əlil olan bu sətirlərin müəllifinin ürək sıxıntılarını duyub qınamazsınız .
Rauf İlyasoğlu

Alət çubuğuna keç