Trampın sosial şəbəkələrdəki hesabları donduruldu

Donald Trampı dəstəkləyən etirazçıların ötən gün Konqres binasına hücum etməsindən sonra Feysbuk, Tvitter, İnstaqram və Snapçat Tramplin hesablarını bloklayıb.

D.Tampı ilk əvvəl Tvitter bloklayıb. Əsas olaraq isə davam edən gərginlik zamanı Trampın qaydalara uyğun olmayan 3 tvit atması göstərilib. Bildirilib ki, D.Trampın hesabı 12 saatlıq bloklanıb, lakin sözügedən paylaşımları silməsə və bu prosesə davam etsə, müddət uzanacaq.

Bundan sonra isə mərkəzi ABŞ-da yerləşən sosial şəbəkə platforması Feysbuk 24 saatlıq paylaşımlara blok qoyub. Şirkət açıqlamada Donald Trampın qaydaları pozan iki paylaşım etdiyini vurğulayıb.

İnstaqram da qadağanı 24 saatlıq tətbiq edildiyini diqqətə çatdırıb.

Alət çubuğuna keç