Trampı açıq şəkildə dəstəkləyən polis işdən çıxarıldı

Nyu-Yorkda polis əməkdaşının ABŞ Prezidenti Donald Trampın ünvanına səsgücləndirici vasitəsilə dəstək şüarı səsləndirməsini əks etdirən görüntülərin internetdə yayılmasından sonra o, işdən kənarlaşdırılıb.

Bu barədə şəhərin polis departamentinin rəhbəri Dermot Şi tvitterdə bildirib:

“Bu insidentdə iştirak edən polis əməkdaşı müəyyən edilib və əmək haqqı saxlanılmadan xidmətdən müvəqqəti kənarlaşdırılıb. Təkrar edim ki, hüquq-mühafizə orqanlarının əməkdaşları apolitikliyi qoruyub saxlamalıdırlar, bununla da insanlara qanunun hər kəsə bərabər və siyasi üstünlüklərindən asılı olmayaraq tətbiq edildiyini aydınlatmalıdırlar”.

Alət çubuğuna keç