TƏBİB bu şəxslərə müraciət etdi: “Birbaşa təmasa yol verməmək üçün…”


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus pandemiyası dövründə onlayn sifariş edənlərə müraciət ünvanlayıb.

Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, müraciətdə COVID-19 pandemiyası dövründə onlayn sifariş zamanı bəzi qaydalara riayət edilməsi tövsiyə olunub.

Bildirilib ki, kuryerlə birbaşa təmasa yol verməmək üçün məhsulların qapıya qoyulmasını xahiş etmək lazımdır. Qida və ya əşyaları götürdükdən sonra əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt əsaslı məhlulla silinməlidir.

Alət çubuğuna keç