Şuşaya alternativ mənbədən içməli su veriləcək


Şuşa şəhərinə 2-ci (alternativ) mənbədən içməli su kəməri bərpa edilir.

Rubrika.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
“Yeni mənbə Zarıslı kəndinin yaxınlığında yerləşir, bu həftə oradan içməli su Şuşaya çatacaq”, – o qeyd edib.
Xatırladaq ki, səhmdar cəmiyyəti Şuşaya içməli suyun verilməsinə noyabrın 25-də başlayıb.

 

Alət çubuğuna keç