Sülhməramlılar üçün daha bir şəhərcik salındı – FOTOLAR

Dağlıq Qarabağın Qarakənd qəsəbəsində rus sülhməramlıları üçün daha bir blok-modul şəhərciyi inşa olunub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq 60 nəfər sülhməramlı kontingentin hərbi heyəti yeni modul şəhərcikdə məskunlaşıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin maddi-texniki mütəxəssisləri Xankəndidə və Kəlbəcərin Qozlukörpü qəsəbəsində iki blok-modul şəhərciyi inşa edib.

Blok tipli modul şəhərciklər həyatı dəstəkləyən sistemlərin (enerji təchizatı, yerli isitmə, hamam otaqları, su təchizatı, kanalizasiya) bütün zəruri komponentləri ilə təchiz olunmuş tam hüquqlu obyektlərdir. Mebel (yataq, qarderob, mətbəx dəsti, masa, stul, duş), həmçinin məişət texnikası (elektrik soba, soyuducu, paltaryuyan maşın, mikrodalğalı soba, televizor, kondisioner, qazan) ilə təchiz edilib.

Hər şəhərciyin ərazisində süni örtüklü idman salonu, hamam, tibb mərkəzi, qurutma maşını, paltartəmizləyən otaq, istirahət otağı, ofis, anbar, yeməkxana və dükan var.

Zümrüd

Alət çubuğuna keç