Erməni zəvvarlar Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastırına gəliblər.
Bu barədə sülhməramlı kontingentin komandan müavini, polkovnik Dmitri Perepelkin məlumat verib.
Onun sözlərinə görə, 30 erməıni zəvvarı yanvarın 24-də sülhməramlıların müşaiyəti ilə Xudavəng monastırına aparıblar və ayinlərin icrasından sonra isə geri aparıblar. (modern.az)