STRESSİZ HƏYAT

Bu gün stressiz yaşamaq mümkündürmü? 
Sağlam ruh, sağlam ağıl və sağlam orqanizm – əgər insan bu üç varidata sahibdirsə, demək mümkündür. İnsan bu varidatın sayəsində həyatının bütün sferalarında uğur qazanır.
Tədqiqatçılar müəyyən etmişlər ki, 95% xəstəliyin yaranma səbəbi stressli həyatdan və daxili gərginlikdən olur və bunlar bizim özümüzü müdafiəsiz, ümidsiz hiss etməyimizlə, ədalətsiz əlaqələrlə, sosial münasibətlərdə yaranan disqarmoniyayla bağlıdır. Səbəb isə ruhun daxili dünyasıyla zahiri (fiziki) dünya arasında yaratdığı qeyri-ahənglikdir. Bu uyğunsuzluq artıqca insanın stressi də artır. O zaman ki, ruhun daxilinə “təmənna”adlanan bir şeytan girdi, insanın həyat fəaliyyətinin mahiyyəti dəyişməyə başladı. Bi hiss çox inçə, hiyləgər olduğundan, kimsə deyə bilər ki, “yox, məndə təmənna yoxdur…”, amma hamımızı məhz məhv edən, dünyanı çalxalayan – o hissdir. Hətta müasir insanın ana-bala münasibətinə də o “şeytan” girmişdir.
Küsürəm, inciyirəm, xətrimə dəyir, pərişan oluram… Niyə? Çünki təmənna içimi gəmirir. Biz – nə iş görməyimizdən, hansı peşədə olduğumuzdan asılı olmayaraq, sevgiylə xidmət göstərməyi öyrənməsək, stresslərdən azad olmayacağıq. Başqalarının (doğmam,qohum- tanışım, qonşum, iş yoldaşım…) özünü necə aparmasından asılı olmadan, mən özümü dəyişə bilirəmsə, yəni təmənnalı fəaliyyətimi, sevgiylə xidmət göstərməklə əvəz edə bilərəmsə, mən özümü STRESSlərdən xilas etmiş oluram.

Alət çubuğuna keç