Soyuq havalarda hansı qidalar immuniteti viruslardan qorumağa kömək edir?

Soyuq fəsildə viruslardan qorunmaq və immuniteti gücləndirmək xüsusən aktualdır.

Rrusiyalı həkim və qastroenteroloq Nikita Xarlov heyvan yağlarının istifadəsinin payız fəslində bədənə kömək edə biləcəyini söyləyib. Mütəxəssis yağların immuniteti gücləndirməyə kömək edəcəyini qeyd edib, çünki selikli qişa onlardan qurulur və bu da infeksiyanın ilk müdafiə qapısıdır.

“Qaz, mal əti, hətta ayı və qunduz yağı da yeyə bilərsiniz. Hansı birini tapsanız, istifadə edin”, – Xarlov “Sputnik” radiosuna verdiyi müsahibədə bildirib.

Həkim heyvan yağlarının faydalı olduğunu, ikinci yerdə Omeqa-3 çox doymamış yağ turşularının gəldiyini qeyd edib. Zeytun və günəbaxan yağlarına isə bədən daha az uyğunlaşır. Ən zərərlisi “iyrənc” trans yağlardır.

Xarlov xatırladıb ki, bu maddələrin istifadəsində nə vaxt dayanacağınızı da bilməlisiniz, çünki yağların həddən artıq istifadəsi xeyirdən daha çox zərərli olacaq. Mütəxəssis əlavə edib ki, norma rasionun 20 faizini təşkil etməlidir, eyni zamanda karbohidratlar da tənzimlənməlidir. Daha çox yağ qəbul edirsinizsə, karbohidrat nisbətini azaltmalısınız və ya əksinə.

Aytən Məftun

Alət çubuğuna keç