Son sutkada Xankəndiyə daşınan ermənilərin sayı

Son sutkada Ermənistandan Xankəndiyə 566 erməni qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb. Bildirilib ki, İrəvandan Xankəndiyə gələn avtobusları rus sülhməramlıları müşayiət edib.

Rus sülhməramlıları ermənilərin qayıdışını və yerləşdirilməsini təmin edir, həmçinin mülki infrastrukturu bərpa edir, vətəndaşlara humanitar yardım göstərir.

Bu vaxta qədər rus sülhməramlıları Xankəndiyə 39 min 700 ermənini qaytarmağa nail olub.

Alət çubuğuna keç