Son nəfəsini verən düşməndən dəhşətli HƏRBİ CİNAYƏT…

Ermənistan beynəlxalq hüquq normalarını pozaraq istifadəsi qadağan olunmuş fosfor mərmilərindən istifadə edir. Bəs, yoxsulluq içində olan düşmən ölkə bu silahı necə əldə edir?

“Legion” hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov Redaktor.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfindən atılan artilleriya, yaxud minatan mərmiləri Rusiya istehsalıdır:

“Rusiya bu silahlardan Suriyada geniş istifadə edib. Amma bu o demək deyil ki, silah yardımını birbaşa Rusiya edir. Bu, sadəcə bir ehtimaldır. Çünki hazırda dünya üzrə kifayət qədər ölkə həmin silahların istehsalını davam etdirir. Ola bilər ki, Ermənistan həmin silahları başqa dövlətlərdən alsın.

Fosfor mərmilərinin istifadəsi beynəlxalq təşkilatlar tərəfindən qadağa edilib. Ermənistan bu tip silahlardan istifadə etdiyi üçün onların siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra təkcə fosfor mərmilərini deyil, onlar tərəfindən atılan taktiki raketlər və mulki əhaliyə qarşı istifadə olunan digər sursatlar barədə beynəlxalq məhkəmələrə müraciət edəcək. Bu məsələ ilə bağlı qarşı tərəf cavab verməli və cəzasını almalıdır”.

Şəfəq Samed \ Redaktor.az

Alət çubuğuna keç