SON DƏQIQƏ! Azərbaycanda faciə: Ölən və yaralılar var

Kürdəmir rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.