SON DƏQİQƏ: Türkiyə İranın cavabını verdi – Səfir XİN-ə çağırıldı

İranın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə TRT məlumat yayıb.

Türkiyə XİN-ə çağrılan İran səfirinə bildirilib ki, İran XİN rəhbəri Cavad Zərif öz iradını başqa yollarla da Türkiyəyə bildirə bilərdi. Lakin o, etirazını açıq şəkildə öz “Twitter” hesabında yazmaqla İran və Türkiyə arasındakı isti münasibətlərə zərər gətirib. Bu, həm də İran və Türkiyə arasındakı əlaqəni pozmaq istəyən mühitə xitab etmək deməkdir.

Səfirə bir daha bildirilib ki, İranın ittihamları əsassızdır və Türkiyənin hədəf alınması qəbuledilməzdir.

Alət çubuğuna keç