SON DƏQİQƏ! Təhsil Nazirliyi vacib açıqlama yaydı

Təhsil Nazirliyi 16-20 noyabr tarixlərində payız tətilinin olub-olmayacağına aydınlıq gətirib.

APA TV xəbər verir ki, Nazirlikdən APA-nın sorğusuna verilən cavaba görə, payız tətili olmayacaq, distant dərslər davam edəcək: “Digər tətillərin tarixləri ilə bağlı müvafiq qərar öncədən ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev son mətbuat konfransında buraxılmış dərslərin tətil günləri hesabına kompensasiya ediləcəyini demişdi.

Ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

 

 

 

Alət çubuğuna keç