SON DƏQİQƏ: Prezident bəyan etdi-Hər kəsin gözlədiyi…

Ermənistan rəhbərliyinə məsləhət görürəm ki, qalib ölkənin qalib Prezidenti və onun Müzəffər Ordusuna qarşı diqqətli olsun. Ölkə başçısı Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfərinə cavab olaraq İrəvana, əslində isə onun havadarlarına ciddi xəbərdarlıq etdi. Məncə, bu xəbərdarlıq gözardı edilməməlidir. Çünki axırıncı dəfə bunun nəticələrini bütün dünya gördü.

Oxu24.com  bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə, hələlik rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə səfəri haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, Prezidentin xəbərdarlığının nəticəsi olacaq:

“Xatırlayırsınızsa, 44 günlük müharibəyə qədər Ermənistandan bir yox, bir neçə rəsmi şəxs, eləcə də Baş nazir Nikol Paşinyan Azərbaycan torpaqlarına qanunsuz səfərlər etmişdi. Hətta Nikol sərxoş halda Cıdır düzündə rəqs edib, sərsəm bəyanatlar da vermişdi. O vaxt ölkə başçısı təmkinli davranaraq düşməni xəbərdar etmiş, bu hallardan çəkindirməyə çalışmışdı. Lakin nəticəsi olmadı və Ali Baş Komandanın əmri ilə Ordumuz əks-hücum əməliyyatlarına başladı, 44 günlük müharibə bizim qələbəmizlə başa çatdı. Məhz bundan sonra ölkə başçısının məşhur “Noldu Paşinyan?” ifadəsi ortaya çıxdı.

Görünür, düşmən yaşadığı dəhşətdən dərs çıxarmayan, islaholunmaz bir avantüristdir. Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə səfəri Ermənistanın müharibədən dərs çıxarmadığını göstərir. Təsadüfi deyil ki, ölkə başçısı “unutmasınlar ki, Dəmir Yumruq yerindədir” ifadəsini işlətdi. Yəni müharibə hər an yenidən başlaya bilər. Ermənistan artıq bizə bunun üçün real əsaslar verir. Azərbaycan Ordusu hələ də yüksək döyüş vəziyyətindədir. Bəs Ermənistan? O yeni bir müharibəyə hazırdırmı? Şübhəsiz, rəsmi İrəvanın havadarları yenə ona boş vədlər verir, ancaq real mənzərə ondan ibarətdir ki, bu gün Ermənistanda döyüşməyə adam qalmayıb. Lakin Azərbaycan da, onun qalib Ordusu da tam tərkibdə yeni bir müharibəyə hazırdır. Ali Baş Komandanın dediyi kimi, “Dəmir Yumruq yerindədir!”

 

 

 

Alət çubuğuna keç