ŞOK İDDİA: Ermənilərə bu ərazilərdən çıxmaq üçün sabaha qədər vaxt verildi

Sabah saat 17:00-a qədər Zəngəzur istiqamətindəki bütün əlverişli yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.

İlk Qafan ətrafındakı yüksəkliklər boşaldılır. Çünki bu ərazilər Azərbaycanın dövlət sərhədinə daxildir. Ermənilərə sabaha qədər vaxt verilib.

“Damcılı kəndinin və ətrafdakı yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi bütün Qafan rayonuna nəzarət etmək imkanı verir”, – erməni mənbələr yazırlar.

Dövlət sərhədi beynəlxalq səviyyədə tanınmış ərazilərə uyğun olaraq, Qafandan Mehriyə qədər bərpa edilir.

 

 

 

Alət çubuğuna keç