Sıx-sıx , tez- tələsik tikilən göydələnlər

Bu iki binanın arasındakı məsafə 3-4metrdir . Bakıda tikilən göydələnlərin əksəriyyətində ara məsafə gözlənilmir . Əgər bu mənzilin pəncərəsindən baxsaq , qarşıdakı binanın mənzilində yaşayan sakinlərin nə işlə məşgul olmalarını aydın görmək olar .
Tikinti şirkətləri və Bakı şəhər içra hakimiyyəti razıliga gəlməklə paytaxtımızı plansiz şəkildə tikirlər . Şəhərsalma idarəsi, Fövqəladə hallar nazirlikləri, belə binaların tikintisinə niyə icazə verirlər?
Keçmiş sovetlər birliyində Moskva 9-10 mərtəbədən artıq binaların tikintisinə icazə vermirdi . Neft və qaz çıxan diyarımizda yerin təkin qatları boşalirsa , şəhəri bu qədər yükləmək olarmı ? Bu olduqca təhlükəlidir .
Ölkə Prezidənti dəfələrlə çixişında qeyd edib ki, həyət evləri sökülur və yerində parklar, yaşılliqlar salınmaq əvəzinə , tikinti şirkətləri acgözlüklə söküntü işlərini surətləndirib harda gəldi yuxarilardan icazə almaqla goydələnlərin sayıni artirirlar .
Yaxşı olardı ki, binaları şəhərdən kənarlarda inşa edələr .
Rayonların sakinləri işləmək üçün Bakıya axışırlar .
Şəhərlərdən kənd və qəsəbələrə axını artirmaq üçün sənaye müəssisələrini rayonlarda inşa etdirmək lazımdır
Təsəvvur edin ki kəndlərimizin əksəriyyətlərində klub, mədəniyyət ocaqlari kitabxanalar və s, ləgv olunubdur .Əksinə kəndlərdə şərait yaradılmalıdir ki, şəhərə axın azalsın. Kəndlər boşalır , boşaldilir.
Bu çox acınacaqli haldır .
Dəniz kənarlarinda beton hasarlar çəkməklə paytaxt sakinlərinin havasınin qabagıni kəsmək özü bir cinayətdir .
Hələ icdiyimiz suyun keyfiyyətindən, saxta dərmanların, süni düyülərin , xaricdən gətirilən geni dəyişdirilmiş yeyinti məhsularını , ziyanlı məmulatlari , MEMİ adı altında hər tində fəaliyyət göstərən dükanlarda geyilmiş ölü paltarlarını millətə sırıyan dələduzlardan danışmiram. .
Biz işgal olunmuş torpaqlarımizi geri qaytara biləcəyikmi ?
Rauf İlyasoglu
Üzümü bəzi qudurqan , rüşvətxor məmurlara, sələmci bank rəhbərlərinə ,ərizələrə başdan sovdu çavablar verən icra məmurlarına , hüquq mühafizə sahəsində işverənliklə məşgul olan dələduzlara , vicdansizlara tutub deyirəm: Allaha baxın, rəhimli və mərhəmətli olun, alçaqlıga yol verməyin , xalqa qənim kəsilməyin.. az çalıb talayın. Qarabag və ona bitişik necə ətraf rayonumızı 26 ildən çoxdur ki,işgalçı erməni və ruşların əsarətindən azad edə bilməmişik.
Teleşouları dayandırıb, vətənpərvər ruhda silahlanmalıyıq .
Bir mügənnimiz Moskvadan 1000 dollara pişik alıb Bakıya gətirirsə , bir çox məmurlar rüşvət hesabına milyonlara sahib olub xalqına xeyiri dəymirsə, elələrin ifşa etməliyik.

Rauf İlyasoglu

Alət çubuğuna keç