SEPAH Trampın planını “dəfn etdi”: Tək yol…

İsrail və Fələstinin barışığı üzrə Vaşinqtonun “Əsrin sazişi” adlanan planı müvəffəqiyyətsizliyə məhkumdur.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) nümayəndələri bildiriblər.

SEPAH-ın nümayəndələrinin fikrincə, ABŞ prezidenti Donald Trampın komandası, həmçinin onun Yaxın Şərq üzrə məsləhətçisi və kürəkəni Cared Kuşner tərəfindən hazırlanmış plan İsrail üçün çox əlverişlidir. Onların sözlərinə görə, problemin həllinin tək yolu “sionistlərin işğal edilmiş torpaqlardan gedişi və azad seçkilərin keçirilməsi üçün fələstin qaçqınlarının qayıdışı”ndan keçir.

SEPAH-da hesab edirlər ki, istənilən başqa halda Fələstinin müqavimət hərəkatı sərt cavab verəcək.

Alət çubuğuna keç