Publika.az xəbər verir ki, Avropa İttifaqının 100-dən çox ölkənin vətəndaşlarına tətbiq etdiyi vizanın qiyməti 60 avrodan 80 avroya qaldırılıb.
Bundan başqa, viza üçün müraciət səyahət etməzdən 6 ay öncə verilməlidir.
Daha əvvəl Avropa Parlamenti tərəfindən təsdiqlənən qərar Avropa İttifaqının Rəsmi Qəzetində yayımlandıqdan 6 ay sonra qüvvəyə minəcək.