Sarkisyanın partiyası Paşinyan hakimiyyəti ilə hər hansı müzakirəni istisna etdi

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın partiyası olan Ermənistan Respublika Partiyası (ERP) hazırki hakimiyyətlə hər hansı məsələni müzakirə etməyi istisna sayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ERP-in mətbuat xidməti yayıb. Bildirilib ki, Paşinyan hakimiyyəti ilə hər hansı, dialoqdan, müzakirədən, sövdələşmə və razılaşmadan söhbət belə gedə bilməz.

Qeyd edək ki, müxalif Çiçəklənən Ermənistan Partiyası və İşıqlı Ermənistan Partiyası sədr səviyyəsində Nikol Paşinyanla müzakirələrə qatılmışdı.

Alət çubuğuna keç