Şəki sakini nədən əlillik dərəcəsi ala bilmir? – xəstəliyində heç bir irəliləyiş olmayıb…

Şəki rayon, Baş Göynük kəndinin sakini Dinar Bədrəddin qizi Abdurrəhmanova 23 yaşındadır, onun3 yaşında bir oğlu var. Dinar Abdurrəhmanova ağciyərlərin fibroz–kavernoz vərəm xəstəliyindən əziyyət çəkir. O, 3 ildir ki, ağır yataq xəstəsidir.

DİA.AZ-ın məlumatına görə, onun ağır yataq xəstəsi olmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi qanunsuz olaraq, Dinar Abdurrəhmanovaya əlillik dərəcəsi vermir. Nazirlikdən bildirilib ki, ona əlillik dərəcəsi düşmür və əlavə müalicəyə ehtiyacı var. Dinar Abdurrəhmanova isə Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin imtinasını qanunsuz hesab edir və qeyd edir ki, stasionar müalicələr alsa da, xəstəliyində heç bir irəliləyiş olmayıb.

Dinar Abdurrəhmanova üzləşdiyi qanunsuzluğa görə, bütün aidiyyatı qurumlara yazılı müraciət edib. Xəstəliyinin vəziyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Mudafiəsi Naziri Sahil Babayevə də məlumat verib. Ancaq hələ ki, şikayəti təmin olunmayıb.

Dinar Abdurrəhmanova bilmək istəyir ki, əlillik dərəcəsi hansı xəstələrə verilir. O, həmçinin şikayətlərinin ölkə prezidentinə çatdırılmasını, nümayəndələrinin gəlib onun vəziyyətini və xəstəliyinin ağır olduğunu görüb, qərar verilməsini xahiş edir.

Alət çubuğuna keç