Şəhidlərimizə qazilərimizə dəstək olmaq hər bir vətəndaşın borcudu

Dünya Ana və Uşaqları İctimai Birliyinin Agcabədi rayon reqion şöbəsi daimi Şəhid ailələri,Qazilər,hər iki valideynini itirmiş uşaqlarla maraqlanır,onların problemlərinin həll olunması üçün əllərindən gələn köməklikləri göstərmək üçün daimi çalışaraq yeni-yeni axtarışlar edirlər.Təşkilat olaraq bu gün biz müxtəlif rayonlardan olan hərbi xitmətdən qurtarıb, gələn qəhrəman əsgərlərimizlə görüşüb,onların qələbə sevinclərini bir yerdə qeyd etməyi, özümüzə borc bildik.Bu məqsədlə rayonlara səfər etdik.Yolumuzun üstündə Şəhidlərimizidə yad etdik. Bu gün bizlər bu torpaqlara ayaq basa biliriksə bu Şəhidlərimizin canı ,qanı bahasınadı.Allah onlara rəhmət etsin.Təxris olunanların ailələrinin sevincinə şərik olduq.Yaşasın Azərbaycan,yaşasın Azərbaycan əsgəri.

 

 

Alət çubuğuna keç