Şəhid olmuş polislərimizin adını uca tutmalıyıq, məmurlar xalqa xidmət etməlidirlər

Bu günlərdə Azərbaycanın gözəl güşələrindən biri olan Xaçmaz- Xudat zonasına ezamiyyətə getmişdim.
Şamaxinka deyilən ərazidə taksi sürücüləri Xaçmaz Xudat ,Nabran, İsmayıllı istiqamətinə gedən müştəriləri dərhal əyləyərək razılığa gəlib avtomobillərinə əyləşdirirdilər.
Avtobusların işləməməsi taksi sürücülərinin sevincinə səbəb olmuşdu. Çünki,adambaşına 8-10 manata gedilən yolu taksi sürücüləri 20-25 manata aparırdılar.
Şamaxinka deyilən əraziyə çatmışdım ki, bir topa insan mənə tərəf şığıyaraq ” İsmayıllı , bir nəfər,” ” Xaçmaz bir nəfər” deyərək məni dairəyə aldılar. Nəisə, bu
“talpadan” aralanmışdım ki, bir nəfər mənə yaxınlaşaraq dedi ;
– Hara gedirsən?
– Xudata .
Gəl aparım, adamın biri 25 manat.
Bildirdim ki, pulum azdır, 20 manat verim,apar,
– Postdan keçə bilməyəcəksənsə, 50 manat da verin, sizi keçirdim.
Biləndə ki, qələm əhliyəm, həmin sürücü yanımdan aralandı .
Digər bir sürücüyə yaxınlaşdım.
20 manatdan razılaşdıq. Yanımda əyləşən Yardımlı rayonundan olan bir sərnişinlə söhbət etməyə başladıq. Çünki, sürücü
“klent” axtarır, gah birinin dalınca qaçır, gah da vokal səsiylə qışqırıb
” Xudata, Nabrana” gedən var? – deyə ora bura vurnuxur, düyü artlayan qoca qarılar kimi müştəriləri gözdən, ələkdən keçirirdi.
İki saatdan çox gözlədik.
Bu ərəfədə yanımda oturan yol yoldaşımla söhbətimiz alındı.
Əl telefonunda oğlunun hərbi formada şəklinə baxan yol yoldaşıma dedim :
– Oğlunuzdur?
– Bəli, əsgərdir. Öyrəndim ki, oğlu Beyləqanda10 aydır ki, hərbi xidmət edir.
Allah bütün əsgər və zabitlərimizi qorusun.- deyib sevindim.
Yol yoldaşım bildirdi ki, Nabranda işləyirik. Villa tikirik. Villanı tikdirən də bərk gedən adamdır.
Bildirdim ki, bəs Yaşmada yolda polislər, hərbiçilər yoxlayacaqlar, necə keçə biləcəksən?
O bildirdi ki, 20 manat taksi sürücüsünə verəcəyəm , 50 manat da postda verib keçəcəyəm.
– Özün pulu verəcəksən ? deyə çox məəttəl qaldım.
Yol yoldaşım isə bildirdi ki, sürücüyə 50 manat verəcəyəm, 20 manatdan əlavə, məni keçirəcəkdir, söz veribdir. Birdə ki, birinci dəfə deyil ki,
ayda iki dəfə Bakıya gəlib qayıdıram , 50 manat getmək, 50 manat qayıtmaq. Üstəgəl taksi pulu da gedib gəlmək 40 manat edir
İki saatdan sonra taksi sürücü sərnişinləri yığaraq nəhayət ki, yola düşdü.
Ezamiyyə vərəqəm olduğu üçün, postda polis məni tərs – tərs süzüb bir söz demədilər.
Sürücümüz isə yol polisləri ilə dil taparaq insanların təhlükəsizliyini qoruyan maskasız maskalıları yola gətirdi və yanımdakılar heç yoxlanmadılar.
.Dovlət polislərə etibar edir, amma yenə də tamah hər şeyə güç gəlirmiş.
Əlbətdə ki, bütün bu biyabırçılığı cəmi polislərə şamil etmək olmaz. İnsafən deyim ki, polislərin içərisində az da olsa insaflılarına rast gəlmək olur.
Axı polis sistemində çalışanlar dövlətdən kifayət qədər əmək haqqı alırlar.
Camaat da onlara azdan, çoxdan hörmət edir.
Belə olan təqdirdə bu acgözlük , harınlamaq nədən yaranır? Gözümüzü açandan eşidib görürük ki, sahə müvəkkili bölmə rəisinə, bölmə rəisi isə rayon polis şöbəsi rəisinə aylıq haqq verir.
Bəs bu pandemiya dövründə , virusun dünyanı bürüdüyü bir ərəfədə şəraitdən istifadə edən belələrinin qanunsuzluğuna nə ad vermək olar ?
Polis vətəndaşını beləmi qoruyur?
Gündə eşidirik ki, Bakıda, Astarada, Şirvanda, Siyəzəndə, Bakıda və s. yerlərdə polis küllü miqdarda narkotik maddə tutub yaxalayır.. Bəs insanları məhf edən, ailələri başsız qoyan, həbslərdə çürüdən və narkotik maddələri, anaşanı, heroini Astara ,Belasuvar gömrük məntəqələrindən keçirdən, yol nəqliyyat müfəttişlərinə haqq verən mafioz qrupların əlaltılarının eşidirik ki, səsi Gürcüstanın gömrük məntəqələrindən gəlir .
Qonşü dövlətin sərhəd keçid məntəqəsində yaxalanan dələduzlar cənub bölgəmizdən 800 km yolu necə rahat gələ bilərlər?Hələ İran İslam Respublikasından olan nə qədər işverənlər sərhəd zastavalarında özlərinə himayədarları taparaq gündə bir sadə vətəndaşımızın tilova keçirərək faizə işləyirlər.
Gəncliyimizi məhf edən kimlərdir?
Bəs bu qədər yol gələn, qadağan olunmuş maddələr daşıyan avtomobilləri polislər, gömrük işcıləri niyə saxlamır?
İy bilən itlərə bəlkə yuxu dərmanı verirlər?
Hələ tökülmüş barmaqları arasında gizlətdiyi anaşanı və ya heroini bir imkanlının ciblərini yoxlayarkən gizli olaraq cibinə soxaraq şərtlənən bir bədbəxti yaxalayaraq narkotik maddə tapan çevik polislərimizin anoloqu olmayan bicliklərindən yuxarıda oturanların xəbəri yoxdurmu?
Cəmiyyəti korlayan kimlərdir?
Sürücümüz isə yağışlı havada bir neçə dəfə təhlükə yaratsa da salamat mənzil başına çatdıq.
İş axtaran işsiz, insanların halına acıdım. Öz halım isə yadımdan çıxmışdı.
Polis , taksi sürücüsü başa düşmür ki, bu bədbəxt əsgər atası Bakıdan Nabrana gedərək bir çətən külfətini dolandırmaq üçün əzablara qatlaşaraq hansısa harınlamış məmurun qapısında fəhlə işləyir.
Qazancının yarısını yollara , yeməyinə xərcləyir. Bəs ailəsini, evin kirayə pulunu,özünün dolanışığını , kommunal xərclərini , dəva, dərmanlara və s. xərcləri necə ödəsin?
Karantin dövründən də əvvəl Beyləqanda hərbi xidmət edən, sərhəddimizi qoruyan əsgər oğluna yollar bağlı olduğu üçün evdə qal kompaniyasına qoşularaq bir dəfə də olsun baş çəkə bilməyən atanın gözlərində olan kədəri hiss etdim, qəlbim göynədi, ürəyim sızladı.
Yadıma 1988-93- cü illər düşdü. Böyük qardaşım Vaqif hərbi zabit olaraq Eldar Bağırov adına 845- saylı batalyonun tərkibində Naxçıvanik, Pircamal, yüksəkliklərində erməni rus hərbi birləşmələrinə qarşı vuruşaraq, sərhəddimizi, ərazi bütövlüyümüzü qoruyurdu
Bu sətirlərin müəllifi isə hərbiçilər və polislər üçün parça , vaxtın , yunnsapları istehsal edilən strateji əhəmiyyətli olan Bakı Kamvol Kombinatında texniki nəzarət şöbəsinin rəisi (OTK) çalışsam da mərhum atam İlyas
Qəmginin ” iki qardaşın döyüşür, sən isə Bakıda qalmısan? Gəl, torpağı qoru, vətən hər şeydən əzizdir, “;sözlərindən sonra Ağdama gəldim. Dəmir darvazamız , su çənimiz mərni qəlpələrindən aşsüzən kimi deşik- desi olmusdu. Qonşumuzun evi top mərmisindən yanaraq külə dönmusdü. İki mərtəbəli dolu evimiz isə mərmilərin təsirindən bölünərək bir neçə yerdən çatlamış və yararsız vəziyyətə düşmüşdü.
Qradın dəhşətli səsindən zülmət gecələrdə yiyəsiz itlər də hər tərəfə bulaşmış şəhid qanına yaxınlaşır və göyə baxaraq fasiləsiz ulayırdılər. Canlı heyvanlar da halımıza acıyirdılar
Rus tankları Azərbaycanlıları qıran,da erməni rus hərbi birləşmələrinin əsgər və zabitləri idi idi. Haqsızlıq, zülm ərşə yüksəlmişdi. Paytaxtda isə bu gunkı gün kimi şıdırığı alver gedirdi.
Son beşik qardaşım mərhum Namiq isə Ağdam rayon polis şöbəsində polis batalyonunun tərkibində Kəlbəcərdə, Ağdamda ,torpaqlarımızın müdafiəsi naminə mübarizə aparmış, Mardakerdin quldurlardan təmizlənməsində uğurlu əməliyyatlarda iştirak etmiş, böyrəklərini səngərlərdə soyuğa versə də dəfələrlə sambo cüdo üzrə Azərbaycan və Zaqafqaziya çempionu olmuş qardaşım atəşkəsdən sonra həkimlərimizin naşılığından cavan ikən dünyasını dəyişmişdir. Fikirləşirəm ki, Qarabağı və ətraf rayonlarımızın düşməndən qoruyaraq nə qədər şəhid olmuş polislerimiz olub.
Bəs onların adlarına xələl gətirmək olarmı?!
Fikirləşirəm ki, görəsən bu rüşvətxorluğun, dələduzluğun, özbaşınalıqların qarşısı alınacaqmı?
Allah bəşəriyyəti virus təhlükəsindən, işğalçı ermənilərin fitnə fəsadından qorusun,tezliklə bu pandemiya xalqımızın üzərindən çəkilsin,məhf olsun, erməni işğalında inləyən Qarabağımızı və ətraf rayonlarımızı tezliklə düşmən qüvvələrindən azad edək, yollar açılsın, valideyinlər qürbətdə təhsil alan övladrlarına qovuşsunlar, taksi sürücüləri də insafa gəlsin,şagirdlər gül- çiçəklə yenidən məktəbə getsinlər, usaq pulları bərpa olunsun,məmurlar insafa gəlsinlər,ölkəni talan edən dələduzlar məsuliyyətə cəlb olunsunlar, orduda satqınçıliq edən rütbəlilər cəzalandırılsınlar.
İnsanlara dəyər verilsin,dövlətimiz daha da güçlənsin.
Hamı xoşbəxt yaşasın.
Rauf İlyasoğlu ,
” Həkəri” qəzetinin baş redaktoru,
2- ci qrup əlil, şair- publisist

Bakı- Xaçmaz.-Xudat

Alət çubuğuna keç