ŞƏHİDLİK İNSANLIĞIN ƏN ALİ ŞƏRƏF, QEYRƏT, UCALIQ ZİRVƏSİDİR!

Müqəddəs Qurani-Kərimdə deyilir, Şəhidlik cənnətin yüksək guşəsində insanın ucaldığı ən yüksək zirvədir!   

    Əsil namuslu insan ailəsini, özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır.

   Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz, qazilərimiz və veteranlarımız bu cürə insanlardırlar.

Ulu öndər Heydər Əliyevin dövlətçilik xidməti Azərbaycanın dövlət müstəqilliyini təmin etdi.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin qətiyətli iradəsi və rəhbərliyi ilə isə  Müzəffər Azərbaycan Ordusu 2788 nəfər şəhidlərimizin qanları bahasına işğal olunmuş torpağlarını ermənilərdən qeyri-şərtsiz azad edərək, Azərbaycanın ərazi bütövlüyü  bərpa olundu.

    Bundan sonra isə, Şəhidlərimizin qanları bahasına əldə etdiyimiz Azərbaycan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq Azərbaycan ordusu ilə yanaşı, milli mənsubiyyətindən aslı olmayaraq bütün Azərbaycan vətəndaşlarının müqəddəs vəzifə borcudur.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövət qulluğçularına tapşırmışdır ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və ve­teran­lara qay­ğı göstərmək həm dövlətin həm də cəmiy­yətin başlıca vəzifələ­rin­dən biridir!”

Buna görədə, cənab Prezident Şəhid ailələrinə, müharibə əlillərinə, ve­teran­larına  dövlətin diqqət və qayğısını ar­tır­­maq məqsədi ilə,  müvafiq Fərman və Sərəncamlar imzalamışdır.

Bu gündə bu təbəqəyə diqqət və qayğı cənab Prezidentimiz tərəfindən davam etdirilərək, 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiyyəsi uğrunda şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və sağlamlığlarını itirmiş hərbi qulluqçulara sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verərək onlara diqqət və qağını artırmaq məqsədi ilə yaranmış “YAŞAT” Fondunun yaradılmasını xalq tərəfindən müsbət qarşılandı.

“YAŞAT” Fondunun məqsəd və məamına dəstək verərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiyyəsi uğrunda şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və sağlamlığlarını itirmiş hərbi qulluqçulara öz döğmalarımız kimi diqqət və qayğı göstərmək hər birimizin borcudur.    

     Gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı bahasına əldə olunmuş müstəqilliyimizin qədrini bilməli, dayma qoruyub saxlamalı və  özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər.

     Azərbaycanın müstəqilliyi və Qarabağda torpaqlarımızın ərazi bütövlüyünün müdafiyyəsi uğrunda Şəhid olmuş bütün 22789 Şəhidlərimizin qanı yerdə qalmadı.

Etmənistan siyasi və hərbi rəhbərliyinin 27 sentyabr tarixindən başladıqları və 8 noyabır 2020 – ci il tarixinə kimi davam etmiş 44 günlük Vətən Müharibəsində, Ermənistanın ordusunun Xocalıda, Xankəndində, Şuşada, Kəlbəcərdə, Laçında olan əsas döyüş texnikaları, sursatları və əskəri qüvələrinin hamsı ikl günlərdə Xocəvənd, Fizuli, Hadrut, Ağdam, Zəngilan, Cəbrail və Qunadlı ərazilərinə gətirilərək, orada Müzəfər Azərbaycan Ordusu tərəfindən yarsı döyüş zamanı məhf edilmiş, yarsı isə atıb qaçdlıqlarından, ordumuz trəfindən işlək vəziyyətdə qənimət kimi ələ keirilmişdir.

Ermənistanın rəsmi statistik məlumatlarına əsasən, ermənilərin çoxlu sayda hərbi hissələri, onların təyinatında olan silah-sursat anbarları darma-dağın edildi, 14286 əskəri it kimi gəbərdilərək məhf edilmiş, 2240 hərbiçısı ağır yaralanaraq ermənistanın xəstəxanaları ilə dolmuş, 997 əskəri, Azərbaycan Ordusunun qəhraman əskərlərinin atdığları sərras top atəşi mərmiləri ilə torpağa şumlan, yüzlərlə erməni əskəri isə itgin düşmüşdür.

Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiy­yətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlei deyil bütün cəmiyyətin problemi sayılmalıdır.

      Buna görədə mən xüsusi ilə, Azərbaycanın imkabnlı iş adamlarına müraciət edərək bildirirəm ki, əgər xalq dövlət arasında yaxşı nüfuz qazanmaq istəyirsizsə, onda açgöz və həris olmayın, Vətənin müdafiyəsi uğrunda Şəhid olmuşlarn aillərinə və Qazilərinə öz doğmalarınız kimi yanaşaraq maddı-mənəvi kömək edin. Unutmayın ki, onlar sizin yaşadığınız, mal-dövlət qazandığınız vətənin uğrunda şəhid olmuşlar və sağlamlığlarını itiriblər. Məhs bu məqsədlədə “YAŞAT” Fondu ölkə Prezidentinin təşəbbüsü ilə yaradıldı.

    Azərbaycan xalğının vətəni, şərəfi, qüruru uğrunda Şəhid olmuşların xatirələrini daima yaşadaraq əziz tutması hər bir Azərbaycanlının vacib məsəllərindən biri olmalıdır.

Şəhidlərin qəhrəmanlığı Azərbaycan xalğı üçün, Azərbaycan gəncləri üçün örnək olub bundan sonrada örnək olacaqdır.

Azərbaycanın bu günki nəsilidə, gələcək nəsilidə Şəhidlrimizin göstərdikləri qəhramanlıqlarından nümunə ğöstərərək, Azərbaycan xalqının milli azadlığını, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün daim mübarizədə olacaqlar.

 Buna görədə ailənin və məktəbin əlbir işi böyük əhəmiyyət kəsb edir. Odur ki, hər kəs öz məsuliyyətini dərk etməli, yüksək mənəvi-əxlaqi dəyərlərə malik vətənpərvər və milli kökə bağlı gənc nəsil yetişdirmək üçün əlindən və bacarığından gələni əsirgəməməlidir.

Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.

Əsrlər keçməyinə baxmayaraq Xalq tərəfindən əsla unudulmayan insanlardır şəhidlər.

Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.

Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.

Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmamalıdırlar. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.  Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir!
Şəhidlər azadlığın od-şimşək zərrəsidir!
Şəhidlər tarixləşən – istiqlal türbəsidir!
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər azadlığın uca heykəl daşıdır!
Şəhidlər unudulmaz və ölməzdirlər!
Şəhidlər ana yurdu tutdular candan baha!
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha!.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha!
Şəhidlər gedən yolu tufanlar bağlamazlar!

     “Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar”.

 Nə qədər ki, Azərbaycan  Xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə qəlblərimizdə yaşayirlar və yaşayacaqlar!

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda Şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz!       

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 SƏRRAF ORUCOV: Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun Prezdenti,  “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzinin” rəhbəri.

 

Alət çubuğuna keç