“Rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulana qədər…” – Mübariz Mənsimov

“Palmali” şirkətinin “Məhəmməd Əmin Rəsulzadə”nin adını verdiyi gəminin inşaası artıq başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, bu haqda şirkətin prezidenti Mübariz Mənsimov məlumat verib. O, bildirib ki, İndoneziyadakı işgüzar səfərdən sonra ilk işi tərsanəni ziyarət etmək olub: “Sevinərək demək istəyirəm ki, “Məhəmməd Əmin Rəsulzadə” adlı gəmimiz ilk səfərinə artıq hazırdır. May ayının 15-də bu gəmi dünya sularına çıxacaq”.
Mənsimov qeyd edib ki, gəminin heyəti də hazırdır və onlarla tanış olub: “Qubadan, Xaçmazdan, Lənkarandan, Bakıdan, Naxçıvandan, bir sözlə, Azərbaycanın hər bir gözəl güşəsindən dənizçilərimiz var. Onların hər biri yüksək maaş alıb ailələrinə, Vətənim Azərbaycana halal qazandıqlarını göndərəcəklər. Mən, bəziləri kimi, içəridən çölə daşımıram. Qazandığımı iqtisadiyyata dəstək olaraq Azərbaycana göndərirəm. Azərbaycandan xarici ölkələrə daşımıram. Öz azərbaycanlılarıma yedirirəm, əcnəbilərə deyil.
Bəzi köpəklər deyir ki, guya mən başqa biznesə qoşulmuşam, başqa işlərlə məşğulam. Yenə də yalan! Bizim işimiz dənizçilikdir. Mən Azərbaycan iqdtisadiyyatına dəstək olaraq cənub bölgəsində otel, “Pal Süd” və “Xəzər” idman kompleksi yaratdım. Azərbaycanda başqa yatırımım yoxdur və rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulana qədər, olmayacaq. Mən şəffaflığı sevirəm. Ona görə, it hürər karvan keçər.
Karvan demişkən, yeni gəmi karvanımız İndoneziyaya doğru istiqamət götürüb. Bu gəmilərimiz də Azərbaycanlı və Türk dənizçilərinə əmanət. Uğurlarımıza hələ çox sevinəcəksiniz!”.

Alət çubuğuna keç