Rusiyanın hərbi polislərinə hücum etdilər – 3 YARALI VAR

Suriyanın İdlib vilayətində Rusiya hərbi polisini daşıyan zirehli avtomobilə hücum olub.

Publik.az xəbər verir ki, barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Vyaçeslav Sıtnikə istinadən məlumat yayıb.

Vyaçeslav Sıtnik bildirib ki, hücum nəticəsində Rusiyanın üç hərbi polisi yaralanıb.

“Zərərçəkənlər dərhal hərbi xəstəxanaya təxliyyə olunub, onlara lazımi tibbi yardım göstərilib”, – deyə kontr-admiral bildirib.

Alət çubuğuna keç