Rusiya sülhməramlılarının paradda iştirakı gözlənilirmi? – Açıqlama

Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan 10 noyabr bəyannaməsinin şərtlərinə əsasən Qarabağa yerləşdirilən sülhməramlıların qələbə paradında iştirak edəcəyi ilə bağlı fərziyyələr artıb. Ortaya çıxan iddialar sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub.

“Rusiya sülhməramlılarının paradda iştirakı gözlənilmir. Bu onların indiki vəziyyətdə statuslarına da uyğun gəlmir. Həmçinin sülhməramlıların paradda iştirakı xalqımızın əhval-ruhiyyəsi ilə uyuşmayan addım ola bilərdi. Hesab edirəm ki, Rusiya qələbə paradında yalnız hərbi atəş və səfir səviyyəsində təmsil oluna bilər”.

 

Alət çubuğuna keç