“Rusiya “sülhməramlı”larının nəzarəti altında olan bölgə əhatəyə alınmalıdır” – Təhlükəsizlik eksperti

Hazırda Rusiya “sülhməramlı”larının davranışları ilə bağlı yaranmış vəziyyəti kritik hesab etmək olarmı və vəziyyət hansı səviyyəyə qədər gərginləşə bilər?..

Sülhəddin Əkbər: “Mən hazırda yaranmış vəziyyəti kritik yox, hələlik mürəkkəb hesab edirəm. Əslində indiki vəziyyət qeyri-müəyyənliklərlə dolu kritik vəziyyətdir”.

“10 noyabrda Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanan sənəd sadəcə olaraq siyasi sənəddir. Həmin sənədin heç bir hüquqi əsası yoxdur”.

Bu sözləri siyasi şərhçi Sülhəddin Əkbər Qarabağ ərtafında hazırda yaranmış vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin yaydığı birgə məlumatda bildirildi ki, noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. Ermənilər Dağlıq Qarabağda meşələrdə gizlənərək Azərbaycan ordusuna qarşı terror mübarizəsinə başlayacaqıarı barədə bəyanatlarda səsləndirməkdədirlər.

Başqa bir məlumatda isə bildirilir ki, qarşıdakı 1-2 həftə ərzində Moskva Qarabağ ermənilərinə Rusiya vətəndaşlığı verə bilər. Bu barədə məlumatı CNN, The Guardian ve Al Jazeera kimi böyük medya kanallarının Yaxın Şərq və Qafqaz üzrə ixtisaslaşmış müəllifi Neyl Hoyer (Neil Hauer) özünün Twitter səhifəsində yayıb. Jurnalist faktın dəqiqləşdirilməyə ehtiyacı olduğunu bildirsə də, məlumatı “DQR”-ın yüksək səlahiyyətli rəsmilərindən aldığını gizlətməyib.

Qeyd edək ki, rus “sülhməramlılarının” ayağı dəydiyi yerdə yerli separatçıların mütləq Rusiya vətəndaşlığına keçməsi artıq ənənə halını alıb. Biz eyni prosesi həm Gürcüstan, həm Moldovaya, həm də Ukrayna təcrübələrində görmüşük. Azərbaycanda da eyni siyasətə əl atıb-atmayacağını yaxın zamanlarda görəcəyik.

Rusiyanın sülhməramlı qüvvə kimi Ermənistanın tərəfində durması və onların vəkili kimi çıxış etməsi qarşıda ciddi problemlərin ortaya çıxacağından xəbər verir. Xatırladaq ki. hazırda Qarabağ münaqişəsinin nizamlanmasında hər gün yeni problemlər ortaya çıxmaqdadır. Noyabrın 10-da Rusiya prezidenti Vladimir Putinin birbaşa təzyiqləri ilə imzalanmış üçtərəfli bəyanatın tələsik hazırlandığı artıq şübhə doğurmur. Çünki sənəddədki boşluqlar, xüsusən seperatçı qurumun ləğv edilməməsi ilə bağlı məsələnin öz həllini tapmaması hazırda problemin görünən tərəfidir. Türkiyənin də qarant ölkə kimi çıxış etdiyi, münaqişınin tam həllinə yol açacaq yeni müqavilənin imzalanmasına artıq ciddi ehtiyac duyulmaqdadır.

Hazırda yaranmış vəziyyəti kritik hesab etmək olarmı və vəziyyət hansı səviyyəyə qədər gərginləşə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının rəhbəri, təhlükəsizlik üzrə ekspert və siyasi şərhçi Sülhəddin Əkbərə müraciət edib.

Sülhəddin Əkbər: “Əsas məsələlərdən biri də çox sürətlə azərbaycanlıların öz doğma dədə-babba yurdlarına qaytarılması təmin edilməsidir”.

İmzalanan sənəddə çoxlu sayda boşluqların olduğunu nəzərə çatdıran təhlükəsizlik üzrə ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, həmin boşluqların başında da Azərbaycanın Rusiya sülhməramlıları qüvvələrinin məsuliyyət zonasında qalan hissəsinin statusunun qeyri-müəyyənliyi dayanır. Əsas məsələ Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bu bölgədə pozulmasıdır. Rusiya bundan sui-istifadə edir:

“Mən hazırda yaranmış vəziyyəti kritik yox, hələlik mürəkkəb hesab edirəm. Əslində indiki vəziyyət qeyri-müəyyənliklərlə dolu kritik vəziyyətdir.

10 noyabrda Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanan sənəd sadəcə olaraq siyasi sənəddir. Həmin sənədin heç bir hüquqi əsası yoxdur. Çünki onu imzalanan dövlətlırinin parlamentində həmin sənəd radifikasiya olunmayıb. Bu sənəd hüquqi əsası olmayan tələm-tələsik hazırlanmış yüksək səviyyəli siyasi razılaşmadır. Sənədin əsas məqsədi də surətlə irəliləyən Azərbaycan orudusunun qarşısını təcili almaq idi.

Sənəddə çoxlu sayda boşluqlar var. O boşluqların başında da Azərbaycanın Rusiya sülhməramlıları qüvvələrinin məsuliyyət zonasında qalan hissəsinin statusunun qeyri-müəyyənliyi dayanır. Yəni əsas məsələ Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün bu bölgədə pozulmasıdır. Rusiya bundan sui-istifadə edir. İndi baş verən hadisələrin hamısı da buradan qaynaqlanır.

Sülhəddin Əkbər: “Ermənilərin nəzarətində qalan bölgəni Azərbaycan və Türkiyə silahlı qüvvələri əhatəyə almalıdır. Beləliklə də, Rusiya sülhməramlılarının fəaliyyəti orada məhdudlaşmalıdır”.

Düşünürəm ki, gələcəkdə daha ciddi hadisələr baş verəcək və ciddi problemlər ortaya çıxacaq. Buna görə də Azərbaycan tez bir zamanda Türkiyə ilə hərbi, siyasi ittifaq müqaviləsi bağlamalıdır. Türkiyənin Azərbaycanda hərbi bazaları yaradılmalıdır. Həmçinin də Rusiya “sülhməramlı”larının nəzarəti altında olan bölgə əhatəyə alınmalıdır. Yəni həmin bölgəni Azərbaycan və Türkiyə silahlı qüvvələri əhatəyə almalıdır. Beləliklə də, Rusiya sülhməramlılarının fəaliyyəti orada məhdudlaşmalıdır.

Əsas məsələlərdən biri də çox sürətlə azərbaycanlıların öz doğma dədə-babba yurdlarına qaytarılması təmin edilməsidir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi həmin ərazidə bütün şərtlərdə təmin olunmalıdır və bunun üçün bütün zəruri addımlar atılmalıdır. Belə olmasa, o bölgədə hər gün bir problem ortaya çıxacaq”.

Alət çubuğuna keç