Qondarma Dağlıq Qarabağ Respublikasından növbəti xain plan – Müzakirəyə çıxarılır

“Artsax respublikasının” beynəlxalq səviyyədə tanınmasına alternativ yoxdur, “Artsaxın” təhlükəsizliyi hərraca çıxarıla bilməz”.
Bunu Qondarma Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının katibi Samvel Babayan deyib.
S.Babayanın sözlərindən anlaşılır ki, mənfur düşmən Dağlıq Qarabağla bağlı növbəti plan hazırlayır:
“”Artsax”da Azərbaycan-“Artsax” münaqişəsinin həlli üçün konsepsiya hazırlanır və bu, ictimai müzakirəyə çıxarılır. BMT-nin bəyannamələrində, insan hüquqları ilə bağlı beynəlxalq müqavilələrdə təsbit edilmiş xalqların öz müqəddəratını təyin etmə hüququ prinsipi “Artsax” ermənilərinin taleyini təyin etmək müstəsna hüququ kimi Azərbaycan-“Artsax” münaqişəsinin sülh yolu ilə həllinə əsaslanır. “Artsax” münaqişə obyektindən subyektə çevriləcəkdir”. \\Dominant.az
Alət çubuğuna keç